“AZƏRBAYCAN TÜRKİYƏ İLƏ BİRLƏŞMƏLİDİR!” – Namizədlərin 7-ci debatı (VİDEO) 

Aprelin 1-də İctimai Televiziyada prezidentliyə namizədlərin 7-ci teledebatı baş tutub.

"AzPolitika.info"nun məlumatına görə, debat Azərbaycanın xarici siyasəti mövzusuna həsr olunub. Lakin bütün debatlarda olduğu kimi, bu dəfə də namizədlərin çıxışları yalnız müzakirə olunan mövzu ilə məhdudlaşmayıb.

Namizəd Zahid Oruc Qərbi ittiham, Rusiyanı isə üstüörtülü müdafiə edib. O, İsraillə hərbi müttəfiqlik müqaviləsini imzalamağı təklif edib.

BAXCP lideri Qüdrət Həsənquliyev isə əksinə, Rusiyanı ittiham edib. Bildirib ki, Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla yox, bu problemin yaradıcısı olar Rusiyanın özü ilə açıq danışmaq lazımdır. Əgər Rusiyanın şərti Avrasiya İttifaqına qoşulmaq olarsa, buna gedilməlidir. Q.Həsənquliyev XİN başçısı Elmar Məmmədyarovu və Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovu sərt tənqid edib.

İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov 1 illik AXC iqtidarının xarici siyasətini tənqid edib.

ADP sədri Sərdar Cəlaloğlu Türkiyə ilə "Bir millət-iki dövlət" şüarinı dəyişməyi, "Bir millət-bir dövlət" şüarına keçməyi təklif edib. "Seçilərəmsə, Türkiyə-Azərbaycan konfederasiyasının yaradılmasına nail olacam. Dostumuz eyni, düşmənimiz eyni olacaq". ADP sədri adəti üzrə hakimiyyəti sərt tənqid edib.

Hafiz Hacıyev isə yenə də AXCP sədri Əli Kərimli və Cəmil Həsənlini hədəfə götürüb, onları təhqir edib.

7-ci teledebatın videoyazısını təqdim edirik:

635x100

Şərhlər

Mühəndis 2018-04-02 14:46:59

Fəradi,Oktay qardaşımız elə mənim növbəti fikirlərimi qeyd etdilər.Bu saytı çox adam oxuyur.Ona görə yazanda fikirləşib, sonra yazaq.Xalq da oxuyub düzü-əyridən seçəcək.Allah Xalqımızı, Millətimizi qorusun.İndiki nəsil və gələcək nəsili çox ağır dövr gözləyir.İndiki cavanlrın deyərdim vətənpərvrlik hissləri çox zəifdir.Təhsililimizin bərbad vəziyyəti xalqımızı bu günə qoyub.88-90-cı illərin cavanları ilə indikilərdən fərqi daha çoxdur.Bunun da əsas səbəbi idiologiyanın aşağı səviyyədə olması,ziyalı olmaması

Mühəndis 2018-04-02 14:46:59

Əziz qardaşlarım, xahiş edirəm real vəziyyəti nəzərə alaq. Rusiya ölsə də cəhənnəmə özləri ilə 1-ci bizi aparacaqlar.Rusiya iləindiki münasibətləri saxlamaqla Azəri- Türk birliyini rəsmi yaratmaq lazımdır.G.M. qardaşımızın dediyi təkbaşına qərbyönlü, sivil dövlət yaratmağa Rusiya heç vaxt imkan verməyəcək. Elə Əli Həsənov rəsmi açıqlama verdi ki,iri dövlətlər bizdən pay umurlar.Onlar ummurlar,bir başa tələb edirlər. 2013 seçkilərində Putin birbaşa gəlib payını aldı.İndi başı seçkiyə qarışdı.Davamı növbəti-

Əhmədalı 2018-04-02 14:46:59

Adama elə gəlir ki, Razi Nurulayev əı-üzünü və dişdərini yumur. Birtəhər danışır. Özü də nə istəyir bilinmir.

OQTAY 2018-04-02 14:46:59

Qardas G.M,Esed kimi bir qanmaz,1 milyona yaxin milletini qirdi ve vetenini xaraba gune qoydu,Erdoqana qulaq asmadi bir qonsu kimi,Putine qulaq verdi,oz torpaqinda Putinin alqas herbicisi qolundan tutub qoymadi Putinle bereber salamlamaqa ivanlari,Sisi kimi xaini,ABD-nin,telxeyi 99%-le yene xeyenet besiyinde oturdu.Bunu AB-yi gormur,gozu kordu,qacqinlarin orada,nece qonaqlandiqini,insan huququ ve ya demokratya onlar oz xristiyan mavileri ucun fikirlesibler!Turkiyede 4 milyon qacqina,AB 6 milyard soz verdi.?

AAgahuseyn 2018-04-02 14:46:59

Mən G.M-in fikrinə hörmətlə yanaşıram və onu mətbuatdan oxuyuram həmişə ürəyimdən kecəni yazır.Mən türk birliyinin istəyirəm ancaq hərkəs ayrı dövlət kimi.Hərbi birlik yaratmaq daha yaxşı olar türk dövlətləri arasında.BU birliyin rəhbəri ƏRDOQAN olmaq şərtiylə.

Fəradi 2018-04-02 14:46:59

İlk öncə deyim ki Azərbaycanın müstəqilliyi uğrunda meydan hərakatında iştirak edənlərdən biriyəm.Lakin indi Azərbaycanın Türküyə ilə konfederasiya ittifaqında birləşməsinin tərəfdarıyam.Səbəbi: 1.Biz 27 il müstəqillik illərində sübut etdik ki məmur özbaşnalığı, yerlipərəstlik, qohumbazlıq, korrupsiya, yalançı vətənpərvərlik kimi azardan xilas ola bilmirik. 2.Rusiyanın işğalından simvolik azad olmuşuq, o bizdən əl çəkmir, qərb də bizi müdafiyə edə bilmir, necə ki Gürcüstanı, Ukraynanı müdafiyə etmədi. 3.Qarabağı azad edə bilmirik.Rusya bizi Qarabağla şantaj edir, milli sərvətlərindən əvəzsiz pay tələb edir, bizə saxta silahlar satır, bizi Avrasiya birliyinə daxil olmağa məcbur edirlər və s.

Mirhəsən 2018-04-02 14:46:59

Bu debat yox,bir qapıya futbol oyununa bənzəyir.Bunlar necə namizəd olublar.Axı namizədlik barədə söhbət getmir.Məzhəkəyə (komediyaya) bənzəyir.Çıxışlara sadəçə vaxt keçirmək və özlərini gülünc mərkəzinə çeirmiş insanların məzhəkəli sozlərinə baxıb gülmək üçün baxılır. Niyə belə ölkə üçün əhəmiyyətli olan seçki bu hala salınıb? Kimdir cavabdeh?

OQTAY 2018-04-02 14:46:59

G.M serhici,Men hemise Sizinle razlasmisam,amma bu fikirinizle razlasa bilmerem.Bele ki,Turkiye ile birlessek,merkezlesdirimis merkez,SSRI olduqu kimi,orada slavyana aid birliy idi,amma bizde TURK BIR DEV olacaq ve dunyada birlesen devletlerin qarsisinda,dayana bilecek guc ve soz sahibi olacaqiq.Muhendis serhicinin bu fikiri Azeri-Turk Konfederasiya Ittifaqinin birliyi lazimdir.Eqer Biz addim atsaq,arxamizca Turkmen,Qazax,Qirqiz,Ozbek,Tatar,Basqurd,Uyqur,Qaqauz,Xakaz,Noqay ve s., BUTUN TURKLER BIRLESIN !!!

1-ci qrup hərbi əlil 2018-04-02 14:46:59

Hamınzı Aprel döyüşlərinin 2-ci il dönümü münasibəti ilə təbrik edirəm.Mən 1-ci qrup hərbi əlil və 6 nəfər qonşumla Grand hospital sahiblərinin əsarəti altındayıq.Belə ki, bunlar Xan Şuşinski 55 unvanında 4 mənzil alaraq mənzillərimizin tikinti şirkətlərinə münasib qiymətə satılmasının qarşısını almış və bizə realıqdan uzaq aşağı qiymət təklif olunur, bizi zorla mənzilimizdən çıxartmaq istəyirlər.Əlilə bu cür münasibət göstərən iş adamı barəsində nə üçün tədbir görülmür.Halal pula tikili Gran hospital.

G.M.-ya Mühəndisdən 2018-04-02 14:46:59

Siz cox vaxt agıllı şərhlər yazansınız. Bəzən isə.... Tarixi yaxşı bilirsiniz,hər halda.Amerika elə İngiltərədir.Onların əcdadlarının törəmələridir.(Ameriko Vaspucin,Corc Vaşonqton və s.).Elə ağ rusla sarı rusun da fərqi yoxdur.Onlar böyük dövlətlərdir.Bizi kimi islam dövlətlətini ayırıb parçalamaq onlara daha münasibdir.Qaldı sizin dediyiniz itisadi,demokratik inkişaf, azad mətbuat,azad seçki və s.bunlar bizə qismət olmayacaq.Çünki,ruslardan qalan "funrdamet" çox kövrək olub. Xilas yolumuz türkçülükdür.

Əliağa Lənkəranlı 2018-04-02 14:46:59

Namizədlər səbəbləri düzgün izah etdilər, amma əsaslı təkliflər olmadı. Dünya siyasi düzəmi həmişə belə olmuşdur. Standartlar, meyarlar, bizə münasibətlər güclü xarici dövlər tərəfindən daim belə olacaqdır. Çıxış yolu 10 milyona yaxın Azərbaycanın daxilində həqiqi vətəndaş birliyinə nail olmaqdır. SSRİ dağıdılandan sonra (dağıdanlarön maraqları məlumd olduğu üçün) hələ Elçibəy Hakimiyyəti dövründən təklifimi yenə təkrar edirəm, Azərbaycanın hərbi müttəfiqləri olmalıdır. İlk öncə Azərbaycanın 4 regionunda çəkinmədən Türkiyənin Hərbi Bazaları olmalıdır. Regionları ardıcıl dəfələrlə yazmışam...

Əliağa Lənkəranlı 2018-04-02 14:46:59

Namizədlər səbəbləri düzgün izah etdilər, amma əsaslı təkliflər olmadı. Dünya siyasi düzəmi həmişə belə olmuşdur. Standartlar, meyarlar, bizə münasibətlər güclü xarici dövlər tərəfindən daim belə olacaqdır. Çıxış yolu 1-ci 10 milyona yaxın əhalisi olan Azərbaycanın daxilində həqiqi vətəndaş birliyinə nail olmaqdır. 2-ci SSRİ dağıdılandan sonra (dağıdanların maraqları məlumd olduğu üçün) hələ Elçibəy Hakimiyyəti dövründən təklifimi yenə təkrar edirəm, Azərbaycanın hərbi müttəfiqləri olmalıdır. İlk öncə Azərbaycanın 4 regionunda çəkinmədən Türkiyənin Hərbi Bazaları olmalıdır. Regionları ardıcıl dəfələrlə yazmışam...

Oqtay qardaşıma G.M 2018-04-02 14:46:59

Əvvəla deyim ki,mən heç vaxt birliyin əleyhinə olmamışam.Ancaq praktikada müsəlman birliyinin effektini görməmişəm...Ən yaxşı variant Azərbaycanda Demokratik ,sivil Kanstitsion bir Dövlət yaratmaqla Dünyaya müsbət imicimizi təqdim etməliyik.Və milli,irqi ayrıseçkilikdən uzaq Avropa ailəsinə daxil olmalıyıq.Birinci olaraq Fars-Rus şovunizmindən qurtulmalıyıq.

G.M 2018-04-02 14:46:59

Nəyə görə Rusiya.Belarusiyayla,İngiltərə,ABŞ-la və s milliyəti,dini eyni olan Dövlətlər birləşmək istəmir.ancaq Azərbaycan hansısa Dövlətlə birləşmək məsələsini qaldırır.Müasir Dünyada əhalinin çoxluğu,silahın çoxluğu,ərazinin çoxluğu Dövlətlərin güclülüyünün rəmzi sayılmır.Güclü Dövlət,.. İqtisadiyatı inkişaf edən,Demokratiyası,azad mətbuatı,doğru seçki mühiti olan dövlətlərdi.Razisi,arazı,...hafizi Prezidentliyə namizəd olan dövlətləri haraya birləşdirsən oranı da zəif,simasız və ``gücsüz`` edəcək.

Mühəndis 2018-04-02 14:46:59

Sərdar Məmmədovun fikirləri Azərbaycan üçün ən real çıxış yoludur.Azəri -Türk Konfederasiaları İttifaqı.Çünki Rusiya və Avropa dövlətləri Azərbaycanı kicildə-kiçildə məhvə doğru aparırlar.Qaldı debatda iştirak edən digər şəxslər(Bir az Qüdrət Həsənquliyev Azərbaycana yaxın mövqe tutdu)prezident İlham Əliyevin səlahiyyətsiz (Əli Əhmədovun rəsmi səlahiyyəti var)nümayəndələridir.Vallah onların yerinə şəxsən mən xəcalət çəkərəm orda oturmağa.Ağızlarına gələni danışırlar.Elə bil çayxanadadırlar.Özünüzə iş tapın.

Bəhram Qarabağlı 2018-04-02 14:46:59

Namizədlərin Xarici siyasət məramları təbii olaraq 24 il Azərbaycanın öz Dağlıq Qarabağının işğalnda qalması səbəbli yalnız hərbi münasibətlərdən kənara çıxmadı. Bu debata gəlməyən Prezident nümayəndəsi Ə.Əhmədova xarici sərmayələr və ticarətdən yan keçmə şansı verdi. Zəruri milli məramlar əvəzinə siyasi-iqtisadi əsası olmayan hesablar səslənir. Ordumuz sözsüz Aprel-2016 qəhrəmandır. Komandanlığı bilmirəm, A.Əlizadənin hesabatı məni-adi vətəndaşı heç qane etmədi. Bu müzakirə zəruriyyəti kəsb edir.

Son yazılar