"Azərbaycan ardıcıl və inklüziv xarici siyasət aparır" - Qazaxıstanlı politoloq

Azərbaycan ardıcıl və inklüziv xarici siyasət aparır.

Bunu Trend-ə Qazaxıstanın Beynəlxalq Münasibətlər Şurasının direktoru İskəndər Akılbayev deyib.

İ.Akılbayevin sözlərinə görə, rəsmi Bakı hər zaman regional və beynəlxalq təhlükəsizlik sahələrində konstruktiv yanaşma sərgiləyib:

“Cənubi Qafqaz regionu strateji tranzit və enerji qovşağıdır. Bununla yanaşı, Azərbaycan regionda terror və ekstremizm təhdidlərinə müqavimət göstərilməsində vacib rol oynayır”.

Azərbaycanda aprelin 11-də baş tutacaq prezident seçkilərini şərh edən İ.Akılbayev qeyd edib ki, səsvermə zamanı sabitlik və ardıcıl siyasətə tələbat əsas rol oynayacaq:

“Qeyd etmək lazımdır ki, beynəlxalq qeyri-müəyyənlik zamanı sabitlik istənilən ölkənin vacib aktividir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar