Quba sakini bədbəxt hadisə nəticəsində ölüb

Qubada bədbəxt hadisə baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb.

Təmir zamanı kənd sakini, 1966-cı il təvəllüdlü Xaləddin Kərimovun üzərinə maşın düşüb. O, Quba Mərkəzi Xəstəxanasına gətirilərkən yolda keçinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar