Göygöldə 3 raket mərmisi tapıldı - FOTO

Aprelin 2-də saat 14:29-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Mollacəlilli kəndində üç mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri ərazidə otlaq sahəsinə baxış keçiriblər. Aparılmış təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində üç ədəd PQ-7L raketi aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Raketlərin aşkarlandığı yerin ətrafında on min kvadratmetr əraziyə yerüstü baxış olub, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Agentlik tərəfindən yanvarın 1–dən aprelin 2-dək 1332 partlamamış hərbi sursat, iki tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Bu müddətdə 18 min 50 kvadratmetr ərazi yoxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar