RUSİYA ERMƏNİSTANA RAKET KOMPLEKSLƏRİ VERİR - Azərbaycanla sərhəddə yerləşdiriləcək

putin-sargsyan_armyRəsmi Moskva Rusiyadan növbəti partiya silahlar alması üçün Ermənistana üçüncü dəfə kredit verməyi planlaşdırır. APA-nın məlumatına görə, bu barədə Ermənistanda nəşr olunan “Jamanak” qəzeti mənbəyə istinadən xəbər yayıb.

Bildirilir ki, bu dəfə kredit əvvəlkilərdən fərqli olaraq faizsiz veriləcək. “Kredit çərçivəsində alınması planlaşdırılan “İsgəndər” taktiki raket komplekslərinin Azərbaycanla sərhəd bölgələrində yerləşdirilməsi nəzərdə tutulur”, - deyə qəzet yazır.

Bundan əvvəl Rusiya Ermənistana silah alınması üçün 200 milyon dollar güzəştli kredit ayırıb. Həmin kredit üzrə nəzərdə tutulan silahların çoxu artıq çatdırılıb. Bunun ardınca isə Rusiya Ermənistana daha 100 milyon dollar güzəştli silah krediti ayırıb. Həmin kredit hesabına hansı silahların alınacağı məlum deyil.

Qəzet iddia edir ki, üçüncü kredit əvvəlkilərdən fərqli olaraq tamamilə faizsiz olacaq və onun hesabına Ermənistan “İsgəndər” raket komplekslərinin böyük partiyasını əldə edəcək. Həmin raketlər Azərbaycanda strateji təyinatlı infrastrukturu hədəf alacaq.

 

Erməni qəzetinin iddiasına görə Rusiyanın Ermənistana bu hərbi dəstəyi Azərbaycanın silah təchizatını şaxələndirməsinə, Türkiyə, Ukrayna, Belarus, Pakistan, İsrail kimi ölkələrdən də silahlar almasına cavabdır.

Lakin qəzet bu iddianı hansı mənbəyə əsaslandırdığını açıqlamır. Ümumiyyətlə “Jamanax” qəzeti vaxtaşırı olaraq “məlumatlı mənbələrə” istinad edib bir çox “sensasiyalı” xəbərlər yayır. Yaxud Ermənistan hakimiyyəti özünə lazım olan dezinformasiyaları bu qəzet vasitəsilə sızdırır.

635x100

Şərhlər

AAgahuseyn 2018-04-03 11:46:41

Nə qədər ğec deyil biz qarabaqı vurmalıyıq sonra öec olacaq.İtin qulaqını kücük vaxtı kəsərlər.KÜCÜK qulaqın kəsəndən qorxar.Rusun başı qarışıqkən işimizi ğörməliyik.

Bəhram Qarabağlı 2018-04-03 11:46:41

Azərbaycan bircə dəfə olsun bəyanat verib ki, Ay Dünya, Vay Kreml və böyük RF qardaşlarımız, SİZ bizi işğalda saxlayanları silahlandırırsınız! Axı, bu silahlar Qarabağa yönəlir və Dağlıq Qarabağ erməniləri heç vaxt hərbi silahlar istehsal etməyiblər?

t.ədalət 2018-04-03 11:46:41

Bu silahları ermənistana verməklə Rusiya açıqcasına Azərbaycana qarşı müharibə elan edir.Azərbaycan rusiyaya qarşı diplomatik etirazlarını işə salmalıdır ki,dünya təcavüzkarı tanısın!Azərbaycan vəzifələrə və parlamentə irəli çəkdiyi rus casuslarını cəzalandırmasa,qarşıda bizi dəhşətli təhlükə gözləyir.Bizim yeni-yeni silahlar aldığımızı dünyaya bəyan edənlər,görünür, dünya qınağını azaltmaqla rusiyanın ermənistanı rahatca silahlandırmasına xidmət edirmiş..

hellas 2018-04-03 11:46:41

"Strateji müttəfiqimizdir qoy kefi istəyəni etsin". P.S. Guya şikayət etsəydik o sarı gədə vızz edəcikdi ki??

Son yazılar