Müdafiə Nazirliyi mart ayının hesabatını açıqlayıb

Müdafiə Nazirliyi 2018-ci il üçün tədbirlər planına əsasən, mart ayında dövlət qurumları, yerli və xarici qeyri-hökumət təşkilatları, icra hakimiyyəti strukturları, eləcə də ictimai birliklər ilə birgə hərbi hissələrdə müxtəlif mövzularda tədbir və layihələr həyata keçirib.

Nazirlikdən "Report"a verilən məlumata görə, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağdam, Bərdə, Tərtər, Ağcəbədi, Xocavənd, Şəmkir, Daşkəsən, Qusar, Abşeron, Qubadlı, Cəbrayıl, eləcə də Bakının Səbail, Nəsimi və Qaradağ rayonları icra hakimiyyətləri ilə birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi-vətənpərvərlik, Novruz bayramı münasibətilə, eləcə də Azərbaycanlıların soyqırımı və digər mövzularda 30-dək tədbir təşkil olunaraq şəxsi heyətlə görüşlər keçirilib.

Tədbirlərdə şəxsi heyət, veteranlar, şəhid ailələrin üzvləri, hərbi qulluqçuların valideynləri, tələbələr və başqaları yaxından iştirak ediblər.

Müdafiə Nazirliyi tərəfindən kütləvi informasiya vasitələrində dərc olunması məqsədilə mart ayında 123 rəsmi məlumat, 417 foto, 18 videomaterial hazırlanıb və media nümayəndələrinin üç sualı cavablandırılıb.

Yerli televiziya kanalları tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlərin aparılmasına 7 icazə məktubu verilib.

Müdafiə Nazirliyi hesabat dövründə tərəfindən keçirilən iki tədbirdə də televiziya kanalları və informasiya agentliklərinin nümayəndələri iştirak ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar