"Haradadır bunların qalanı? İclas bitməmiş çaya qaçıblar?" - Oqtay Əsədov

Milli Məclisin bu gün keçirilən iclasında “Peşə təhsili haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı səsvermə baş tutmayıb.

APA-nın məlumatına görə, iclas zalında deputatların sayının az olması səbəbindən səsvermənin keçirilməsi mümkün olmayıb.

Səsvermə zamanı zalda cəmi 78 deputatın olması spiker Oqtay Əsədovun ciddi iradına səbəb olub.

"Haradadır bunların qalanı? İclas bitməmiş boğazları quruyub ki, çaya qaçıblar? Çağırın, gəlib səs versinlər heç olmasa", - deyə o bildirib.

Deputatların iclas zalına qayıtmasından sonra səsvermə baş tutub.

Layihə ikinci oxunuşda qəbul olunub.

635x100

Şərhlər

Mirzə AĞ 2018-04-03 14:54:56

Ceyms Moriyerin yazdımı kimi("İsfahanlı Hacıbabanın macəraları" romanı), bunlar ancaq söyüşmək üçün bu "ev"ə yığışırlar...

Arif Qədimov. 2018-04-03 14:54:56

Oqtay müəllim, Milli Məclisin iclası qurtarmamış çayxnaya gedən o deputatları zala, səsverməyə çağırmaq yox, onların məsələsini müzakirəyə çıxarmaq lazımdır. Və onları həmişəlik çayxanaya göndərmək lazımdır. Bu cürə iş qaydası ilə də deputat maaşlarının 800 manat da artırılmasını tələb edirlər!Deputat çay içməklə vaxtını keçirməz,müzakirəyə çıxrılan məsələlərin dövlət əhəmiyyətini, vacibliyini düşünər və bu müzakirədə öz tövsiyələrini verər. Millət də görər ki, onun əsl mənada təmsilçısi var.

Cavid 2018-04-03 14:54:56

"Heç olmasa".Gözəl məntiq və idarəçilikdir. Deputatları,Spikeri belə olan Parlament nəyə və kimə xidmət edir?

Son yazılar