Vladimir Putinin Türkiyəyə səfəri başlayıb

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə ikigünlük rəsmi səfəri başlayıb.

“Report” xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasındada təkbətək görüş keçiriləcək.

Görüş R.T.Ərdoğanın iqamətgahında baş tutacaq.

Bundan başqa, iki dövlətin liderləri Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısında iştirak edəcəklər. İki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivlərindən danışılacaq yığıncaqda Suriyadakı son vəziyyət də müzakirə olunacaq.

Toplantıdan sonra Türkiyə ilə Rusiya arasında müqavilələrin imzalanması və prezidentlərin birgə mətbuat konfransı keçiriləcək.

Prezidentlər video-konfrans vasitəsi ilə Akkuyu Atom Elekstrik Stansiyasının təməlqoyma mərasiminə qatılacaqlar.

Sonra Türkiyə prezidenti rusiyalı həmkarının şərəfinə ziyafət verəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar