Mərkəzi Afrika Republikasında BMT sülhməramlılarına hücum edilib, ölən və yaralananlar var

BMT-nin Mərkəzi Afrika Respublikasındakı mavi dəbilqəlilərinə hücum edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşmə üzrə missiyası məlumat yayıb.

Məlumata görə, hücum zamanı 1 sülhməramlı həlak olub, daha 11 nəfər yaralanıb. Missiyanın xəbərində bildirilir ki, hücum Uaka dairəsində, Taqbara kəndi ərazisində, "Anti Balak" silahlı dəstəsi tərəfindən baş verib.

Hücum zamanı 22 silahlı öldürülüb.

BMT-nin yaralı hərbçiləri xəstəxanaya çatdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar