«BMT - düşmən strukturudur!» - İsrailli nazir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrailin ictimai təhlükəsizlik naziri Gilad Erdan bəyan edib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlıq etmək İsrailə lazım deyil, çünki o, «HƏMAS terrorçu təşkilatının xarici işlər nazirliyi»nə çevrilib, İsrail isə Qəzza sektoru ilə sərhədində baş verən insidentləri özü araşdırmaq gücündədir.

«BMT ilə əməkdaşlığa heç bir səbəb yoxdur. BMT - düşmən strukturdur» - deyə, «BMT Qəzza sektoru ilə sərhəddə baş verənləri araşdırmağa başlasa, İsrailin onunla əməkdaşlıq etməsinə dəyərmi?» - sualına cavab verərkən, Erdan «QaleySAXAL» radiosunun efirindən bəyan edib.

Nazir əlavə edib ki, əgər hətta hansısa «pozuntu baş veribsə, o zaman bunu araşdırmaq üçün İsrailin müstəqil təhqiqat apara biləcək orqanları var».

Ötən həftənin cümə günü Qəzza sektoru ilə İsrailin sərhədi boyunca «Qayıdışın böyük yürüşü» adı altında kütləvi anti-İsrail silsilə çıxışları başlanıb. Çıxışların mayın ortalarına qədər davam edəcəyi planlaşdırılır.

İsrail tərəfi etiraz çıxışlarının daha aqressiv iştirakçılara qarşı odlu silahlardan istifadə edirlər. Son məlumatlara görə, İsrail ordusu ilə toqquşma nəticəsində azı 18 fələstinli həlak olub.

BMT Baş katibi Antoniu Quterriş Qəzza hadisələrini, o cüilədən, insanların həlak olmasını araşdırmağa çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar