“Rusiya və Türkiyə “S-400”-lərin tədarük qiymətinə dair razılığa gəliblər” - PUTİN

Moskva və Ankara “S-400” raket-zenit komplekslərin tədarük qiymətinə dair razılığa gəliblər . APA-nın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin Ankarada türkiyəli həmkarı Rəcəb Tayipp Ərdoğanla görüşündən sonra bildirib.

V.Putin bildirib ki, tərəflər hərbi-texniki sahədə Rusiya-Türkiyə əməkdaşlığının vəziyyətini, xüsusən, “S-400” raket-zenit komplekslərinin Türkiyəyə tədarükü layihəsinin reallaşdırılmasını müzakirə ediblər.

“Biz icraatı sürətləndirdik və qiymətlərlə bağlı razılığa gəldik, bu çox vacibdir”, - deyə Putin qeyd edib.

O qeyd edib ki, “S-400”-lərin tədarükünü sürətləndirmək qərarı türkiyəli həmkarlarımızın xahişi əsasında verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar