“MÖVQE BİLDİRİN! NƏYİ GÖZLƏYİRSİNİZ?” - Adil Əliyevdən ittihamlar

Millət vəkili, Azərbaycan Kikboksink Federasiyasının prezidenti Adil Əliyev Almaniyanın Köln şəhərində keçirdiyi məlum konfrans, ondan sonra isə hücuma və təhqirlərə məruz qalması barədə məlumat vermişdik. Deputat artıq Azərbaycana qayıdıb və hadisələrlə bağlı məqalə yazıb. Məqalədə səfərin bəzi detallarına toxunub, haqqında yayılan şayiələrə cavab verib. Ən vacibi isə bəzi hökumət və Milli Məclis üzvlərinə qarşı bir sıra ittihamlar irəli sürüb. Mövzunun aktuallığını nəzərə alaraq, "AzPolitika" həmin yazını olduğu kimi təqdim edir:

O MƏMURLAR HƏLƏ DƏ SUSURLAR. NİYƏ?!

Dostlar artıq vətəndəyəm. Bunu həm də ona görə yazıram ki, günlərdir mənimlə mübarizə aparmağa çalışan, daha doğrusu dillərindən söyüş və təhqir düşməyən müxtəlif radikal qüvvələr guya, mənim Almaniyada polisə çağrıldığımı iddia edirlər. Başqa bir yalanları da odur ki, guya, məni polis məntəqəsində bir neçə saatlığına saxlayaraq 100 min avro cərimə yazıblar. Deməli, bunlar bir yalan quraşdırırlar, sonra həmin yalana müxtəlif yalanlar qoşurlar və ardı-arası kəsilmir.

Kölndəki tədbirdən sonra nə polisdə olmuşam, aydındır ki, olmadığım yerdə də mənə qarşı "100 min avroluq” cərimə barədə iddia qaldıra bilməzdilər. Ancaq bunlara heç nə təsir etmir, tutduqları yalanı buraxmırlar, özü də yuvarlaq rəqəmlərdən yapışıblar, yazırdılar ki, guya, Kölndəki tədbir üçün 80 min avro xərcləmişəm. Yalandır! Otel zalının 3 saatlıq icarəsinə cəmi 1400 avro ödənib, çeki də var, göstərirəm, yenə yalanlarını təkrar edirlər, "80 min avro” deyib tutular. Türklərin yaxşı bir sözü var, deyir ki, çamur at yapşmasa da izi kalsın. İndi bunlar çamur, yəni palçıq atmaqla məşğuldurlar, palçıq bizə nə yapışar, nə də izi qalar! Bunlara nəsə anlatmağın xeyri yoxdur, bağırtıları, söyüşləri, yalanları və iftiraları özlərinə qalacaq.

İndi məni onların bu uydurmaları, çamurları ilgiləndirmir, başqa məsələ də narahat edir. Bu gün Milli Məclisin iclasında həmkarım Siyavuş Novruzov mənim təşəbbüsümlə Kölndə keçirilən tədbiri pozmaq istəyən qüvvələr barədə bunları deyib: "Bu insanlara azərbaycanlı demək mümkün deyil. Onlar Azərbaycanı, xalqı, milləti təhqir edirlər. Səfirliyimiz Azərbaycanın orada bir parçasıdır, bizim səfirliyimizi təhqir edirlər. Azərbaycanlı olan torpağını, ordusunu təhqir etməz, ona qarşı bu şəkildə müxaliflik etməz. Eyni zamanda buna qarşı susan bəzi şəxsləri də başa düşmürəm. Avropadan Azərbaycana qarşı təhqirlərlə bağlı bağıranlara qarşı niyə susursunuz? Burada təriflə bağlı mövzu olsaydı, növbə əlindən mənə çıxış çatmazdı. Səsiniz çıxarın, mövqeyinizi bildirin!”.

Bu fikirlə tam razıyam. Təxribatçılar hələ aylar əvvəl dövlətimizi, millətimizi və prezidentimizi təhqir etməyə başladıqda, Avropada təhqiredici şəkillər yapışdırmağa başladıqda sosial şəbəkələr üzərindən onlarla savaşa başaldım. Birini dedilər, üçünü dedim, beşini yazdılar, ondan ikiqatını yazdım, onlar təhqirə keçdilər, mən etik çərçivədə onların cavabını verdim. Ancaq elə o zaman bu mübarizədə kifayət qədər dəstək hiss etmədim. Susanların əvəzinə də mən cavab verirdim. Bəli, daha sonra dövlət səviyyəsində bu məsələ diqqətə alındı, konfrans və seminarlar keçirildi, məhz bundan sonra söyüş söyənlərə cavab verilməyə başlandı. Elə o zaman məni bu sual düşündürürdü: Kimi və nəyi gözləyridiniz? Bayrağımıza, dövlətimizə, millətimizə və prezidentimizə yönələn təhqirləri cavablandırmaq üçün xüsusi təlimat lazım idi, yoxsa bunun üçün xüsusi konfrans keçirilməli idi?

Düşünürdüm ki, bəlkə indi söyüş qrupuna qarşı təbliğat güclənə. Axı bu çirkin kampaniya sabitliyimizə, gələcəyimizə, qazandığımız uğurlara təhlükədir. Ancaq təəssüf ki, bəziləri yenə gözləmə mövqeyindədirlər, Kölndəki tədbirdən sonra anladım ki, yenə də yuxarıdan əmr və təlimat gözləyənlər var. Kölndəki tədbirə diplomatlarımızın və diaspora işinə məsul olanların qatılmasını arzulayırdım. Bu olmadı. Üstəlik indinin özündə Qərb ölkələrdə sığınacaq tapan məlum qrupların və onların arxasında dayanan mərkəzlərin hücumuna məruz qalmışam, ancaq yenə də təkbaşına və yaxın dostlarımla mübarizə aparmaq, onlara cavab vermək məcburiyyətindəyəm.

Sosial şəbəkələri söyüş qrupunun və onların arxasındakı gizli qrupların alətinə çevrilməsinə imkan verməməliyik. Bu təhlükəsizlik probleminə çevrilir, dövlətin müvafiq orqanları təbliğat işini gücləndirməlidirlər, ancaq bu tək mənim və yaxın dostlarımın problemi olmamalıdır, deputat həmkarım demişkən, tərif demək üçün növbəyə düzülənlərin çoxunu mən söyüşçül qrupla mübarizədə görmürəm. Mərhum prezidentimiz, ümumilli liderimiz Heydər Əliyev də hər zaman deyərdi: "Mövqe bildirin!”. Bu şüar bu gün də aktuallığını itirməyib!

635x100

Şərhlər

R-n 2018-04-04 13:09:41

Bunlar,...........ozlerini niye yuyulmamish gashig kimi atiblar ortaya?Ay.........evlrde yer mehduddur,hec ozlerine catmaz.Yene gavirmanin umudune galarsiz.

Valeh və Südabəyə 2018-04-04 13:09:41

Nə zaman millət içərisindəki yaltaqlar, boş mədhiyyə söyləyənlər və belə "tərifləri" alqışlayanlar mövcuddur Azərbaycanda normal,demokratik şərait olmayacq.Çünki boş yerə tərif xoşlayanlar buna imkan verməyəcək.Şərhlərin bəzilərini oxuyanda adamı ikrah hissi bürüyür.Görün millətin bəzi nümayəndələri nə qədər yaltaqlıqla baş dolandırır.Ona görə də....

t.ədalət 2018-04-04 13:09:41

İnanmaq olmur ki,Adil Əliyevi, keçmiş polis işçisini mühacirlərlə "görüşə" hökumət göndərsin.Polis işçisi haqlı olanda da xalq tərəfindən qəbul edilmir.Bu,özbaşına hakimiyyətdən hansısa mükafat almaq məqsədi ilə atılmış bir addımdır.Ağıllı adamlar ölkədən uzaqlarda mübahisəyə qoşulmurlar.Məlumdur ki,həmin mühacirlərin bir çoxu atılmış,hakimiyyətdən narazı qalmış adamlardır.Onlarla dava dili ilə yox,səbirli və məntiqli şəkildə münasibət qurmaq olardı.Əlbəttə,dəlilər ipi dartanda ağıllılar onu boşlayırlar..

Adil Tagiyev 2018-04-04 13:09:41

MYHACIRLERDEN HELE KI DOVLET VE ONUN ATRIBUTLARINA GARSHI HEC NE ESITMEDIM MUHACIRLERDEN. HAKIMIYYETIBISE TENGID EYMEK NORMALDIR. LIBERAL CEMIYYETLERDE. DOZUMLU OLUN HORMETLI HAKIMIYYETI TEMSIL EDENLER, MUHACIRLER DE BU MILLETIN OGULLARIDIR. AZERBAYCANI SIZDEN AZ SEVMIRLER GORUNDUYU GEDER.

Yunis 2018-04-04 13:09:41

Adil bəy,inciməyin, özünüz də bilirsiz ki,Milli Məclisin tərkibi xalqın iradəsilə yox,saxtakarlıqla,yerliçilik və tayfabazlıq,rüşvət və şəxsi himayəçilik əsasında təşkil olunub.İndi bu deputatlardan Siz nə gözləyirsiniz? Xaıqın hüququnu tapdalayanlar Sizi müdafiə edərlərmi? Əlbəttə,yox!Onlar özlərini,duyuq düşərək,yeni dövran üçün qoruyub saxlayırlar.Nəyi də bilməsələr, şəxsi maraqlarını qorumaqda ustadırlar.Haqsızlıq içində çarpışan ölkədə onlar Pavel Korçaginlik edəsi deyillər ki!

SUAL 2018-04-04 13:09:41

ADİL MUƏLLİM.UZUNU KİMƏ TUTUB SOZUNU KİMƏ DEYİRSƏN HEC OLMASA ƏTRAFİNDA 100 İDMANCİ OLAN KƏS SƏN NƏDƏN QORXURSAN HƏDƏFİNİ ACİQLA. MƏNƏ VƏ YA QONŞUM ŞİKƏST YAŞARA DEYİRSƏNSƏ BİZİM MOVQEYİMİZ DOVLƏTƏ MİLLƏTƏ HORMƏT VƏ QAYĞİDİR. YOX ƏGƏR DOVLƏTİ TALAYANLARA DEYİRSƏNSƏ ADLARİNİ CƏK. SƏNKİ POLİSSƏN BİZDƏN DAHA YAXŞİ BİLİRSƏN Kİ 500 MANAT MAAŞ ALİB 500 MİN MANATA MALİKANƏ TİKDİRƏNLƏR , BİR MİLYONA TOY EDƏNLƏR KİMLƏRDİR O Kİ QALDİ XARİCDƏ YAŞAYİB HAKİMİYYƏTƏ QARŞİ YONƏLMİŞLƏRƏ BUNUN GUNAHİ NAZİM İBRAHİMOV DƏYİLMİ?

valeh 2018-04-04 13:09:41

xalqımızın sizin kimi nüfuzlu liderlere ehtıyacı var Adil müellim ,! Siz hemişe haqqın ve edaletin yanında olmusuz! biz arzu ederdık ki, cenab prezıdentimiz size ölkemizde de haqsızlıgı, biganeliyi, vezife selahiyyetlerinden sui istifade, korrupsiya , rüşvetxorluğa bulaşmış acgöz bezi memurlara qarşı haqqı tapdalanların müşayeti ile amansız mübarize aparmağa selahıyyetler versin . vetenın suyunu ,çöreyini yeyib xaricde qara yaxmaq xalqımıza baş ucalığı getirmir. Qarşısını alın !!!!

Safarov Telman 2018-04-04 13:09:41

..... Бесдир бугедер ....

sudaba 2018-04-04 13:09:41

Məlum oldu ki, Almaniyadaklı Diaspora Təşkilatımız Soy Qırım və Cumhuriyyətin 100 iliyi ilə bağlı Adil Əliyevin təşkil etdiyi tədbirə qatımayıbmış.Onda bizim diaspora qurumumuzun ölkəmizə heç bir faydası yoxdur.Adil Əliyevin bu məqsədlə öz gücünə, tək başına Almaniyada belə tədbir keçirməsi alqışlanmalıdır.Almaniyadakı etirazçılarçıların dövlət əhəmiyyətli tədbiri pozmağa çalışmalarını pisləmək lazımdır.Həqiqi millət vəkili Adil Əliyevə Ugurlar!

Ağamirzə 2018-04-04 13:09:41

Ay "deputat" əvvəlcə anlamalısan ki, onlr Almaniyada və başqa Avropa ölkələrinə niyə gediblər.Bunun səbəbi nədir? Bütün ağlı başında insanlar bilir ki, onlar azad yaşamaq,işləmək üçün məcbur olaraq gediblər.Qorxublar ki, bəzi doğru danışanlar kimi ciblərinə narkotik atıb həbs etdirərsiniz.Bir də toplantıdan qabaq niyə onlarla görüşüb bir anlaşma şəraiti yaratmağı düşünmədiniz? Nə üçün onlar da soydaş kimi toplantıya dəvət etmədiniz.Düşüncə və təkliflərini dinləmədiniz.Bunlar vəzifəniz deyildimi?

Bəhram Qarabağlı 2018-04-04 13:09:41

Hörmətli KİKBOKSİNG DEPUTATI, Avropa söyüşü kimi Sizin təqdirə konfransın da əsl məgzi bilinmədi. Hüququmuza xarici təsir yox dərəcəsindədir! "Qarabağa azadlıq AXC"si Kəlbecər veriləndən hakimiyyət "ATƏT gəlib qaytaracaq!"?, kəlamı ilə hüququmuzun "ixracı"na başlayıb. On min azərbaycanlını qırmış və yarım milyon ailəni Qarabağdan qovmuş heç bir anti-dövlət canişini tutulmayıb və ya İnterpoldan tələb edilməyib. Azərbaycanda Qarabağ həllinə heç bir konfrans və ya referendum keçirilməyib.

Alı 2018-04-04 13:09:41

Adil Əliyev bura aglın gedib elə bildin Almaniyada da pulun gücünə nəsə edə bilərsən. Alındı amma həm iqtidarımızın və ölkəmizin imicinə ziyan kimi alındı.

Sual deputat A. Əliyevə 2018-04-04 13:09:41

Deputat A. Əliyev Milli Meclisde 2 Komitenin uzvudur : 1) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü. 2)Gənclər və idman komitəsinin üzvü. A. Əliyev, sen , NIYE , faktlarla, edaletli TENQID olunmaqini istemirsen ? Sen bir deputat kimi, Azerbaycan XALQINA METBUAT VASITESILE ETRAFLI ve DEQIQ FAKTLARLA BILDIR, HANSI, ANTIKORRUPSIYA FEALIYYETI ile MESHQUL OLUBSAN Milli Meclisde - uzv olduqun Komitede ? Senin ANTIKORRUPSIYA fealiyyetinin PRAKTIKI NETICELERI VARMI?

Samir 2018-04-04 13:09:41

MİLLƏTİNİ DÖVLƏTİNİN MİLLİ SƏRVƏTİNİ PULUNU TALAMIŞ, RÜŞVƏTLƏ MİLLƏTİNİN QANINI ZƏLİ KİMİ SOORMUŞ MƏMURLARIN NƏ MÖVQEYİ OLACAQ? DEMƏYƏ ONLARIN SÖZÜ YOXDUR. .... SİFƏT LAZIMDIR EY QARAYA AĞ DEMƏYƏ.

Mauguli 2018-04-04 13:09:41

Salam deyerli millet vekili Adil muallim ,Siz Azarbaycan ucun her zaman cox isler gormusuz .Allah sizi ve sizin kimi ogullarimizi qorusun.Adil Aliyev kimi iradeli sozu uze deyen Millet Vekili 10-15 nefer olar Allah size yardimci olsun eziz olun var olun gozel insan.

1-ci qrup hərbi əlil 2018-04-04 13:09:41

Hörmətli Adil müəllim Sizin keçirdiyiniz tədbir xalqımızı tanıtmaq üçün vacibdi buna görə çox sağ olun.O ki, qaldı söyüş söyən müxalifətə onlara bir daha deyirəm kişi söyuş söyməz. Mübarizəni burada sivil qaydada aparmaq lazımdır.Adil müəllim xahiş edirəm Xan Şuşinski 55 ünvanında Gra hospitalın sakinləri zorla mənzillərini ucuz qiymətə əlindən alınmasına və seçkidən sonra küçəyə atılması ilə hədələnməsinə münasibət bildirib biz sakinlərə köməklik köstərəsiniz.Sizi alqşlayır və uğurlar arzula

Mahir 2018-04-04 13:09:41

Adil Əliyev əyər həqiqətən o iki nəfər orada döyülübsə(vidoda döyülən yer görünmür) siz düz hərəkət etməmisiz.Axı biz də o vidiolara baxmışıq.Siz millət vəkili kimi o insanları sakitçiliklə oradan çıxarmalıydız. Yad ölkədə bu heç yaxşı olmadı.

Ziya 2018-04-04 13:09:41

Başınız uca olsun Adil müəllim, Siz harada olursunuz oranı şərəfləndirirsiniz! Allah Sizə güc qüvvə versin!

52 2018-04-04 13:09:41

Ey deputat Hamı haqqa əyiləndə, sən israrla təkrar elədin ki, burda heç kim haqqa əyilmir. İndi isə "Mövqeyi bildirin"ni diləyirsən.

G.M 2018-04-04 13:09:41

Əvvəla 31 Mart əziz gün deyil.İkincisi Büdcəni talayan Diaspora Komitəsi olan yerdə Deputatın mənbəyi məlum olmayan maliyəsiylə təşkil olunmuş ``toplantı`` elə o səviyədə olmalıydı.Son illərdə Azərbaycanın Daxili-Xarici Siyasətinin, İdyalogiyasının primitiv bayağı formada təqdimatı Dövlətin Beynəlxalq imicinə qara yaxmaqla məşğuldur.

Həsən Vəliyev 2018-04-04 13:09:41

Cəmiyyət bir qütblu olmur.Bütün cəmiyyətlərdə həmişə razı və narazı tərəf mövcud olub. Verilən videolarda göründüyü kimiSiz tərəfkeşlik edib,bir qütbdə olduğunuzuu sübut etməklə böyük narazılıq yaratmısınız.Siz bir millət vəkili kimi hər iki tərəflə dialoq aparmağı bacarmalı idiniz.Ancaq Almaniyada sizin davranışlarınız böyük narazılığa səbəb olub.Kaş belə olmayaydı. Odur ki, Sizin oradaki Azərbaycanlılara nifrətiniz qəbuledilməzdir,ayıb və yersizdir.

Memmed 2018-04-04 13:09:41

Nece dillensin,yeqin ki xeberiniz yoxdu onların oralarda otelleri,rastoranları, ticaret obyektleri ve s.bilirlerki,çetin olacaq,ona göre cınqırını çıxaran deyiller.Boş yere danışma.Senede yeqin vezife verecekler biraz sebrin olsun.

miri 2018-04-04 13:09:41

Səhv edirsiniz cənab deputat vəsiqəsi olan Adil müəllim. Bu dartışma haqq ilə nahaqqin dartışmasidir,sizə (bu işdə suzinkimi minlərcə heçdir)qarşı deyil. Güc amilindən istifadə edərək "movqoni bildir" deməklə 25 ilə gəldiyimiz nəticə budursa(həqiqəti bizdən pis bilmirsiniz), indi sizin və siyavusun çağırışları ilə bilinən "mövqe" ilə Biləcərini belə keçə bilmərik. Çalışın həqiqəti azda olsa dərk edəsiniz.Xilasimiz haqdadır, nahaqda yox.

Sus 2018-04-04 13:09:41

bİLİN! oRADAKI ADAMLAR nə dövləti ,nə də bayrağı təhqir etmir, əksinə bütün dövlət atributlarına hörmətlə yanaşırlar.Onların məqsədi Azərbaycanı azad görməkdir.Adil odur ki, cinlə şeytanı qatışdırma.Sizlər bizi öz vətənimizdə hüquqsuz və köləyə çevirmisiniz.Yetər.

OXUCU 2018-04-04 13:09:41

Məncə bu görüşə ehtiyac yox idi.Almaniya Azərbaycan deyil.Özümüz Özümüzü biabır etdik.Elə bil qaraçı tabırların qalmaqalına bənzədi.İki dəstə və ortada polisdən canlı sipər.Baxıb xəcalət cəkdim.Deputatımız cənab Adil Əliyev qabaqcadan hesablamalı idi ki,vəziyyət necə ola bilər.

hop-hopnamə 2018-04-04 13:09:41

Ey cənabi duputat! Siz elə bildirniz ki, Almaniya Azərbaycandır. Bura etdikləriniz orada da keçəcəkdir. Xeyr. Artıq kürü yaxmacı da işə yaramır. Yavaş-yavaş Avropa hərəkətə başlayır. Sizin o dediyiniz məmurlar Avropaya nə deyə bilərlər axı, oğurlanmış nöyüt pulları oralardadır.

Son yazılar