«Çat Afrikanı iki qitəyə bölə bilər» - Alimlər ehtimal edirlər...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Keniyada uzunluğu bir neçə kilometr olan torpaq çatı əmələ gəlib. Çat uzanmaqda davam edir...

Görünür ki, Afrika qitəsi yaxın gələcəkdə iki hissəyə parçalanacaq. Keniyadan yayılan qorxunc videosüjet belə düşünməyə çsas verir. Videodan görünür ki, sözün gerçək mənasında, torpaq ayaq altında «bölünür».

Qərb KİV-nin məlumatına görə, əmələ gəlmiş çatın dərinliyi 15 metr, eni isə 6 metr təşkil edir. Qırılma davam edir.

Belə təzahürlərin başlıca səbəbləri kimi, geoloqlar Susva vulkanının yeraltı fəallığını, seysmik aktivliyin artmasını və litosferi güclü şəkildə dağıdan leysan yağışları önə çəkirlər.

Alimlərin proqnozuna görə, Afrika mütləq şəkildə iki hissəyə bölünəcək, amma bu, tezliklə yox, təxminən 50 milyon il sonra baş verəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar