Azərbaycanlı qadın “YouTube”un ofisinə hücum etdi: 8 nəfəri yaraladı + FOTOLAR/VİDEO

Şimali Kaliforniyada YouTube-un baş qərargahına hücum edən qadın 3 nəfərə atəş açaraq onları yaraladıqdan sonra intihar edib.ABŞ mətbuatı şübhəlinin Nasim Aghdam olduğunu və insidentin ailədaxili münaqişə zəmnində baş verdiyini yazır.

Yaralananlardan biri, 36 yaşlı kişinin şübhəli qadının sevgilisi olduğu düşünülür, CBS yazır. Bundan başqa, 32 və 27 yaşında iki qadın da güllələnib. Polis atışmanın səbəblərini açıqlamayıb.

Nə baş verib?

Şübhəli şəxs yemək zamanı həyət qapısına yaxınlaşaraq tapança ilə atəş açıb.Polislər hadisə yerinə gəldikdə insanların ora-bura qaçdığını görüb.Yerli telekanalların göstərdiyinə görə, şirkətin işçiləri binadan təxliyyə olunub. San Bruno polis müdiri Ed Barberini ərazidə bir nəfər yaralı qadın tapdıqlarını, daha sonra isə özünü güllələyərək intihar edən başqa bir qadın da tapdıqlarını deyib.

Digər iki qurban da qısa müddətdə tapılıb. Rəsmilər bəzi yaralıların vəziyyətinin ağır olduğunu bildirib.

YouTube-un baş qərargahında 1700-ə yaxın adam işləyir. YouTube Google şirkətinə aiddir.

Şübhəli şəxs kimdir?

ABŞ mətbuatı yazır ki, şübhəli şəxs İran əsilli Kaliforniya sakini 39 yaşlı Nasim Aghdam olub. O, YouTube-da yaydığı videolarında platformanın onun paylaşımlarına qarşı diskriminasiya və filtrasiya siyasətin pisləyib. YouTube atışmadan sonra onun hesabını bağlayıb. Şübhəlinin İnstagram və Facebook hesabları da bağlanıb.

"YouTube-da və digər video paylaşma saytlarında bərabər inkişaf imkanları yoxdur. Sənin kanalın ancaq onlar istəyəndə böyüyəcək!", Nasim Aghdam öz saytında yazıb.

YouTube sözçüsü Chris Dale bütün YouTube icmasının və işçilərinin bu cinayətin qurbanı olduğunu deyib.

Azərbaycanlı qadın “YouTube”un ofisinə hücum etdi, 8 nəfəri yaraladı, öldürüldü (FOTO/VİDEO)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar