"Rusiya, Türkiyə və İrandan başqa Suriyaya heç kim kömək etmir" - Putin

Rusiya, Türkiyə və İran Suriyada terrorçuluqla mübarizədə səylərin əlaqələndirilməsi barədə razılıq əldə edib.

Trend-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Ankarada Suriya üzrə sammitin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

V.Putin bildirib ki, tərəflər terrorçuluğa qarşı mübarizədə məlumat mübadiləsini və terrorçuluqla mübarizənin bütün aspektlərində üçtərəfli koordinasiyanı təşkil edəcək.

Rusiya prezidenti vurğulayıb ki, Suriyaya bu üç ölkədən başqa heç kim kömək etmir.

V.Putin əlavə edib ki, Rusiya terrorçuların Suriyada kimyəvi silahdan istifadə etməklə təxribat cəhdləri barədə təkzibolunmaz dəlillər əldə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar