"Qarabağ münaqişəsinin təməlində aqressiv separatizm dayanır" - GENERAL

"Dağlıq Qarabağ münaqişəsinin təməlində aqressiv separatizm dayanır".

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev VII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan qlobal və regional təhlükəsizlik və bu kimi vacib məsələlərin müzakirə edildiyi konfransda iştiraka xüsusi önəm verir: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki mövcud real vəziyyət barədə məlumatların konfransın iştirakçılarına çatdırılması baxımından Azərbaycanın bu beynəlxalq konfransda iştirakını vacib hesab edirik".

Qeyd edək ki, "Redisson" otelində keçirilən Moskva Beynəlxalq Təhlükəsizlik Konfransına 95 ölkədən nümayəndə heyəti qatılıb. Burada 30 müdafiə naziri, 15 Baş Qərargah rəisi və müdafiə nazirlərinin müavinləri iştirak edir.

Forum sabah işini davam etdirəcək.

635x100

Şərhlər

t.ədalət 2018-04-04 20:03:22

General tamamilə yalan danışır.Qarabağ münaqişəsinin təməlində Rusiya tərəfindən Azərbaycanın müstəqilliyini boğmaq məqsədi dayanır.Cırtadan ermənistanı gözə soxmaq yetər.ermənistan kimdir ki,Azərbaycanı işğal edə bilsin?İşğalçı ordu da,Dağlıq Qarabağda dayanan hərbi qüvvə də rusiyaya məxsusdur.Bunu Rusiya siyasiləri də etiraf edirlər.Məsuliyyətsiz çıxışlarla xalqı qoyun yerinə qoymaq yetər!Biz,yaxşı olar ki,içimizdəki Rusiya casuslarından,onların Vətənə vurduğu böyük ziyanlardan danışaq..

oxucu 2018-04-04 20:03:22

General Kərim Vəliyev, sen bilirsen ki, Ispaniya hokumeti TECILI TEDBIRLER ile Kataloniyada separatchilari SUSDURDU ve bu separatchilarin rehberi HEBS OLUNDU. Iraqda, kurd separatchilarinin rehberi Berzani, " musteqillik referendumu" kechirdi ve Turkiye -Iraq hokumetlerinin heyata kechirdiyi - birge TECILI TEDBIRLERI ile, separatchi Berzani SUSDURULDU. NIYE, Azerbaycan hokumeti, YALNIZ SOZ - SOHBET ile MESHQULDUR ve Daqliq Qarabaqi ve etraf 7 rayonlari ermeni rus ishqalindan AZAD ETMIR ?

Son yazılar