İbrahimoviç Ronaldonun qolu haqda - "Bacarırsa, 40 metrdən vursun"

“Los-Anceles Qalaksi”nin futbolçusu Zlatan İbrahimoviç "Real"ın hücumçusu Kriştiano Ronaldonun ötən gün "Yuventus"a vurduğu möhtəşəm qoldan danışıb.

Qol.az-ın məlumatına görə, isveçli forvard ESPN-ə açıqlamasında qola yenə özünəməxsus şəkildə münasibət bildirib: "Gözəl qoldur, ancaq bacarırsa, 40 metrdən vursun" - deyə qeyd edib.

36 yaşlı futbolçu bununla 2012-ci ildə İsveç millisinin heyətində İngiltərənin qapısına 40 metrdən aşırma zərbəsi ilə vurduğu qolu xatırladıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar