Vaşinqtonda müəmmalı casus qurğuları tapılıb

Vaşinqtonda mobil telefonların yerini müəyyənləşdirən, zəngləri və ismarıcları ələ keçirə bilən casus ləvazimat dəsti aşkarlanıb.

BBC xəbər verir ki, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Departamenti məlumat yayıb.

Departamentin məlumatına görə, mənşəyi məlum olmayan “skatların” xarici casuslar və ya mütəşəkkil cinayətkar dəstə tərəfindən istifadə olunduğu güman edilir. Cihazın paytaxtın mobil şəbəkəsində “anomal aktivliyə” yol açdığı bildirilir.

“Stingrays” tipli cihazlar mobil rabitə qüllələrinin funksiyalarını yerinə yetirə bilir.

Çanta olçüsündə olan cihaz göndərdiyi siqnallarla mobil telefonların yerini və içində olan məlumatları müəyyən edir.

ABŞ administrasiyası ilk dəfədir ki, Vaşinqtonda casus ləvazimatlarından istifadə olunduğunu təsdiq edib.

Daxili Təhlükəsizlik Departamenti sözügedən cihazların kimə aid olduğunu araşdırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar