Məişət qaz qurğuları və tüstü bacalarına texniki baxış keçirəcək orqanlar müəyyənləşib

Tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə 6 ayda bir dəfədən az olmayaraq texniki baxış keçiriləcək

Azərbaycanda məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirəcək icra hakimiyyəti orqanları müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Qaz təchizatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi və “Qaz təchizatı haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.

“Qaz təchizatı haqqında” qanuna əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Fərmana əsasən bu sahədə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Energetika Nazirliyi və Fövqəladə Hallar Nazirliyi həyata keçirəcək.

635x100

Şərhlər

t.ədalət 2018-04-04 23:52:58

Bu işi MİS-ə həvalə etmək,tüstü bacalarını təmizləmək üçün əlavə fəhlə ştatı vermək lazımdır.FHN-ni bu işə qoşmaqla istehlakçıları çətinə salacaqlar.Adi məsələlər rüşvət səviyyəsində həll olunacaq.

Son yazılar