Səudiyyə Ərəbistanı Yəməndən atılan ballistik raketi vurub

Səudiyyə Ərəbistanının havadan müdafiə qüvvələri Yəmən ərazisindən atılan ballistik raketi vurub.

APA-nın “ Sky News Arabia” telekanalına istinadən verdiyi xəbərə görə, raket Cizan şəhəri yaxınlığında vurulub.

Raketin Yəməndəki üsyançı husilər tərəfindən atıldığı, hədəfdə isə “Saudi Aramco” şirkətinə məxsus neft anbarlarının olduğu bildirilir.

Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar