“Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Qol.az-ın məlumatına görə, ikinci oyun günündə daha 2 qarşılaşma keçiriləcək.

Turnirin favoritlərindən olan “Barselona” öz meydamında “Roma”nı sınağa çəkəcək. Matçın favoriti Kataloniya təmsilçisidir. “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Roma”nın çətin səfər oyununda hansı nəticəyə imza atacağı maraqla gözlənilir.

Digər görüşdə isə ingilis qarşıdurması olacaq. “Liverpul” Premyer Liqada çempionluğa yaxın olan “Mançester Siti”ni qəbul edəcək. “Siti” görüşə ciddi itki ilə çıxacaq. Belə ki, komandanın aparıcı üzvü Serxio Aquero bu gün meydanda olmayacaq.

4 aprel

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

22:45. “Liverpul” (İngiltərə) - “Mançester Siti” (İngiltərə) - 3:0

Qollar: Məhəmməd Salah, 12, Aleks-Oksleyd Çemberleyn, 21, Sadio Mane, 31

Baş hakim: Feliks Brix (Almaniya)

22:45. “Barselona” (İspaniya) - “Roma” (İtaliya) - 4:1

Qol: De Rossi, 38-avtoqol (1:0), Manolas, 56-avtoqol (2:0), Jerar Pike, 59 (3:0), Dzeko, 80 (3:1), Suares, 88 (4:1)

Baş hakim: Danni Makiele (Hollandiya)

3 aprel

“Yuventus” (İtaliya) – “Real” (İspaniya) - 0:3

“Sevilya” (İspaniya) - “Bavariya” (Almaniya) - 1:2

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar