RAHİM NAMAZOV və ARVADINI BELƏ GÜLLƏLƏDİLƏR - VİDEO +16

Martın 30-da Fransanın Tuluza şəhərində güllələnən Rahim Namazov və arvadının güllələnmə anının videosu yayılıb. "BAX TV"nin yaydığı videoda maşına yaxınlaşan maskalı şəxsin onları güllələdiyi görünür.

Maskalı şəxs "Audi” markalı avtomobildən düşüb və digər maşında olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vuraraq, hadisə yerindən qaçıb.

Güllələnən R.Namazov artıq ayılıb və danışa bilir, vəziyyətinin kafi olduğu deyilir. Arvadı isə həmin gün xəstəxanada ölüb.

Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.

Qeyd edək ki, R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Ancaq Fransa mediası onu jurnalist kimi qələmə verib. Buna səbəb isə, Rəhim Şəkinskinin bir neçə il öncə Fransadan jurnalist kimi mühacir kimi status almasıdır. Buna görə də, Fransa mediası bu hadisəni “azərbaycanlı jurnalist güllələndi” başlığı ilə yayımlayıb.

635x100

Şərhlər

R-n 2018-04-05 10:57:59

"Azpolitika"ni az da olsa,normal sayt hesab edirem.Ancag,arada bele seviyyesiz xeberlern saytda yer almasini anlaya bilmirem.Bir de ki,milli ayri-seckiliyi "rehber"tutub ermeni,kurd adi tutmag olmur.Ermeni saytlari ise ne bilib,ne yazirlar.Derd orasindadir ki,hem gurculer,hem ermeniler oz olkelerine sahibdirler.Bizde ise yalniz ....allahsizcasina olkeni dagidirlar.Hec kim curet edib bu hagda danisha bilmir,saytiniza verilen sherhleri de vermirsiz,tehgirden uzag olsa da.

Nadir 2018-04-05 10:57:59

Yazırlar ki, Audi avtomobilində olub Şəkinski. Video da isə Mercedesdir. Kimi aldadırlar bunlar?

Son yazılar