"ARTIQ NEÇƏNCİ DƏFƏDİR, BƏSDİRİN ARTIQ..." -  Sabiq nazir danışdı

Sabiq vergilər naziri Fazil Məmmədov infarkt keçirməsi və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Bizimyol.info-ya açıqlama verən nazir məlumatın yalan olduğunu bidirib. "Bunlar əsassız, yalan, uydurma məlumatdır. Mən infarkt keçirməmişəm. Səhhətim normaldır. Belə məlumatlar hardan, kim tərəfindən ötürülür, bilmirəm. Bununla neçənci dəfədir haqqımda yalan informasiya yayılır, bəsdirin artıq".

Qeyd edək ki, yayılan xəbərlərdə bildirilirdi ki, sabiq nazirin qəfildən ürəyi tutub və o Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

***

Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədov xəstəxanaya yerləşdirilib. Qəfildən ürəyi tutan keçmiş nazirin infarkt keçirdiyi bildirilir.

Ötən gün Fazil Məmmədovun Mərkəzi Gömrük Hospitalına yerləşdirilməsi barədə xəbər yayılmışdı. Faktor.az-ın məlumatına görə isə keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxanasında müalicə olunur.

Sayt xəstəxana ilə əlaqə saxlayıb. Tibb müəssisəsindən bildirilib ki, sabiq nazir heç bir əməliyyat keçirməyib və hazırda xəstəxanada müalicə alır.

İddialara görə Gəncə Beynəlxalq Xəstəxanası Fazil Məmmədova aiddir.

Qeyd edək ki, sabiq nazirin özündən əvvəl qardaşı da Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Onun hansı səbəbdən xəstəxanaya çatdırılması barədə heç bir məlumat yoxdur.

***

Dünən axşam saatlarında sabiq vergilər naziri Fazil Məmmədovun qəfildən ürəyi tutub.A24.az-ın xəbərinə görə, sabiq nazir Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Onun vəziyyəti barədə heç bir məlumat verilmir.

Mərkəzi Gömrük Hospitalından Axar.az-a verilən açıqlamada bildirilib ki, Fazil Məmmədovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı onlarda heç bir məlumat yoxdur.

Qeyd edək ki, sabiq nazirin özündən əvvəl qardaşı da Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Onun hansı səbəbdən xəstəxanaya çatdırılması barədə heç bir məlumat yoxdur.

635x100

Şərhlər

Siradan cixardiginiz Sahibkar 2018-04-06 14:27:20

Audit Departamentinde rusvet vermek ucun gunlerle novbeye mecburen dururduq.Bunlar yadindan cixib ay Fazil m-m?Amma hamiya qezet -jurnal da verirdiniz ki,darixmayaq. hele cayi demirem ha.. Fazil m.Bir bele pul insanin neyine lazim,Ay Fazil m?Bu ancaq xesteliyin bir novudur.Oxusan bu serhi yeqin razilasarsan Ay Fazil m.

seymur 2018-04-06 14:27:20

oki azerbaycandan kanar mualica almir lap shir uraklidi

vergi ödəyicisi 2018-04-06 14:27:20

ay Fazil müəllim deyirsən bəsdirin.Biz sənə o qədər demişik bəsdirin.stop eləmisən yox. görürsən dazana tökdüyün necə qaşığa çıxır.İnsanlar var hələ də sən qazdığın quyudan çıxa bilmir.

Вугар 2018-04-06 14:27:20

Сегодня этот господин министр устал от проклятий и не хочет больше душевных мучений. Но хотелось бы у него спросить о том, что зачем столько денег, если жизнь человеческая так коротка? Ведь давнишние богачи уже раздают деньги, а не копят. Так зачем копить деньги, если ты не Кашей Бессмертный?!

Hüsü 2018-04-06 14:27:20

yəqin mini nifakt keçirib.Burda əsəbləşməli bir şey yoxdur. Sadəcə jurnalist fərziyyəsi də ola bilər ki düzgün informasiya almaqçün

Mehdi 2018-04-06 14:27:20

He ey he.Xestexanadadi bu saatda, dunende,Yazilan gunden.Gencede veynelxalq ozunun xestexanasinda.Inanmayan getsin ordan oyrensin gorsun duzdu ya yox.Vessalam suttamam.

SUAL 2018-04-06 14:27:20

GUNAH HƏTƏRƏN PƏTƏRƏN YAZİB GUNDƏMDƏ QALMAQ UCUN HEC OLMASA BİR DƏFƏ OXUNMAQ XATİRİNƏ MƏLUMAT YAZAN SAYTLARDA DƏYİL. ƏSL GUNH BARƏLƏRİNDƏ BOHTAN VƏ YALAN YAZİB, İCTİMAİLƏŞDİRİLƏN VƏTƏNDAŞLARDADİR Kİ BİR KİŞİ CİXİB MƏHKƏMƏYƏ MURACİƏT ETMİR. BİLİRƏM DEYƏCƏKSİZ Kİ ELƏ MƏTBUATDA BİNİ AXTARİRİ Kİ DUŞSUNLƏR ONUN USDUNƏ. AXİ NECƏ DUŞƏSƏKLƏR SOZLƏ İTTİHAM OLMUR7 YA DA YAZİLARLA BAĞLİ FAKTLARİ MUQAYİSƏ ETSİNLƏR. BƏS MƏTBUTİMİZ SURASİNİN BAŞQANİ AMAŞOV QAĞANİN İŞİ GUCU NƏDİ Kİ??

пм 2018-04-06 14:27:20

ФАЗИЛИН УРЕИ ТУТАРДА ТИБЛИСИ ПРОСБЕКТИНТЕ МАРКЕТИН УСТЕ ЙЕРЛЕШЕН НОВОСТРОЙКАЯ АНА БАЛАНЫН Я НЫНА ГЕДИБ ГЕЛЕНДЕ НЧЕ ОЛМАЛЫДЫР АХРАНЛАРДА ХЕЙЕТИ БОШАЛДАНДА

emil 2018-04-06 14:27:20

Azärbaycanda her gün 3,4 nefer INSAN intihar edir. Bunun kimllerinin hec büglarida terpenmir. Xeyir ola bu yazini cap elämisiz?

NURəddin 2018-04-06 14:27:20

NƏYƏ GÖRƏ FAZİL MƏMMƏDOVU MƏRKƏZİ GÖMRÜK HOSPİTALINA YERLƏŞDİRİBLƏR Kİ? OLMAZDI Kİ, ELƏ MƏRKƏZİ GÖMRÜK HOSPİTALINI ONUN ÖZ YANINA KÖÇÜRƏRDİLƏR?

Kənardan baxan 2018-04-06 14:27:20

Bu əzilmiş millət nə zaman ayılacaq? Fazil Məmmədovu özbaşına qoyan olubmu ki,o da bildiyini,istədiyini etsin.Adam buyruq qulu olub.Nə deyiblər edib, nə istəyiblər verib.Sadəcə iz itirmək üçün olan oyundur.Görün bir MTN=də nə qədər ali rütbəli adamlar həbs olundu.Onlar özbaşına idilər? Bəs Mahmudova niyə söz deyən yoxdur.Sadəcə işdən azad etdilər.Rabitə də onun kimi və sair. Bu yetimdən nə istəyirsiniz? Qoyun qalan ömrünü heç olmasa adam kimi yaşasın.

Vəli 2018-04-06 14:27:20

Yəqin müalicə adı ilə ölkədən getmək istəyir

vəkil 2018-04-06 14:27:20

bu necə olur xəstəxana boyun almir siz yazirsiz ki yerləşdirilib ; elə edin ki sizi oxusunlar kal məlumat yazmayin!!!

t.ədalət 2018-04-06 14:27:20

yığdığı milyardlar onu rahat buraxmayacaq.Obyektlərdən zor hesabına qopardığı pullar hesabına qurduğu piramida tez-gec onu .....Allah haqsızlığın cəzasını verəndir!

sual 2018-04-06 14:27:20

nə qədər həyasiz olub belə bir məlumati dərc edəsən... yaziya bax deyir xəsdəxanaya yrləşdirilib sonra yazir ki xəsdəxana bunu inkar edir. belə axmaqliq olurmu?

Elim 2018-04-06 14:27:20

Məmurlar talançılar,xalqın malını yeyınlır özləri də olmasa övladları qan qusacaqlar. İnsan gərək insanlığını unutmasın. Ac qalan millətini və uşaqlarını düşünməlidirlər ki,onların da körpələri nə isə yemə isyəyir,ac qalmaq yox.

miri 2018-04-06 14:27:20

Yeniazərbaycanimizda məmurluqdan qurtulan 2 yoldan birini seçməlidir: ya Sibir( yaxşı halda qürbət, pis halda zindan),ya qəbir(yaxşı halda -olum,pis halda ağır xəstəlik). Allah şəfa versin.

VERGİ ÖDƏYİCİSİ 2018-04-06 14:27:20

SAHİBKARLARIN QARĞIŞI BUNU TUTDU.SAĞ ƏLİ O BİRİLƏRİN BAŞINA.BUNLAR SAHİBKARLARIN ANASINI AĞLADIBLAR.YUXARILARIN ADI İLƏ ALINAN PULLAR SƏN DEMƏ HAMISI BUNLARA GEDİB.BİZ DƏ YATMIŞIQ FİL QULAĞINDA.

Tan 2018-04-06 14:27:20

Allah komeyi olsun

Memmed 2018-04-06 14:27:20

Yeqin pulun yerini demir,de qardaş de

emil 2018-04-06 14:27:20

Tezlikle bir cox memurlar bu veziyyete düsäcäklär! Yazig günä goyduglari milletin gargisidir!

VAHID 2018-04-06 14:27:20

INSALLAH QUSAQ

G.M 2018-04-06 14:27:20

Qardaşlar,Fazil Məmmədov heç vaxt icazəsiz ,məsləhətsiz addım atan adam olmuyub.hafizin ağızından eşitdiklərinizə inanmayın.Fazil yazığın biridir.vaxt gələndə bunun şahidi olacaqsınız.

Son yazılar