Yaşar Cəfərli: “Mənə qarşı təxribat hazırlanır”

 

090200048000Ehtiyatda və İstefada Olan Zabitlər İctimai Birliyinin rəhbəri Yaşar Cəfərli baş prokurora, milli təhlükəsizlik və daxili işlər nazirlərinə müraciət edib. Bu barədə Turana daxil olan bəyanatda deyilir. Bəyanatda qeyd edilib ki, Demokratik Qüvvələrin Milli Şurasına üzv olduğu vaxtdan, iyun ayından təxribatla üzləşir.

“İctimai birliyin və şəxsən mənim fəaliyyətimə mane olmaq, bizə qarşı təxribat törətmək məqsədilə ofisimizin ətrafında naməlum şəxslər dolaşır, avtomobillər dayanır. Bu şəxslər və avtomobillər ofisin ətrafında növbəli rejimlə dayanır, açıq-aşkar ofisimizi müşahidə edir və əməkdaşlarımızı izləyirlər”, - bəyanatda bildirilib.

Həmçinin qeyd olunub ki, Y.Cəfərli yaşadığı evin yaxınlığında yenidən naməlum şəxslər tərəfindən izləndiyini hiss edib.

“Avqustun 29-da axşam saatlarında evə qayıdarkən yaşadığım küçədə iki nəfər tərəfindən izləndiyimi hiss edib onların şəkillərini çəkmək istədikdə həmin şəxslər qaçıb uzaqlaşdılar. Bu adamların 2 aprel 2013-cü ildə mənə qarşı sui-qəsd cəhdində iştirak edən şəxslər olduğunu ehtimal edirəm. Bundan başqa istifadə etdiyim mobil telefonuma gizli nömrədən təxribat xarakterli zənglər olunur və mənə təsirlər olunur. Təqribən bir ay öncə mobil telefonuma gizli nömrədən zəng olunaraq rus dilində “Tezliklə seçkilərdir. Nəyi gözləyirsiniz? Hərəkət etmək lazımdır!” ifadələri işlədildi. “Siz kimsiniz, kimə zəng etmisiniz” suallarını verdikdə zəng vuran şəxs dəstəyi asdı. O zaman mən həmin zəngə önəm vermədən keçmişdim. Düşünmüşdüm ki, kimsə nömrəni səhv salıb. Lakin 28 avqust 2013-cü ildə mənə olunan təxribat xarakterli zəng onu deməyə əsas verir ki, bir ay əvvəl vurulan zəng təxribat xarakterli olub. Avqustun 28-də saat 13:29-da və 13:46-da +79640542589 nömrəsindən rus dilində açıq təxribat xarakterli mesaj gəldi. Bu təxribat xarakterli mesajda “Pul sənə iş üçün verilib. İşini gör. Yoxsa sənə pis olar” qeyd edilmişdi.

Hesab edirəm ki, EL hərəkatının sabiq üzvü Əflan İbrahimovun AXCP sədri Əli Kərimli və Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun guya iğtişaşlar hazırladıqları barədə məlumatlar yayması fonunda mənə edilən təxribat xarakterli zənglərin və göndərilən mesajın məqsədi məni uydurma dövlət çevrilişinə hazırlıqda ittiham etməkdən ibarətdir.

Bu təxribat xarakterli hərəkətlər həm də Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən şəxsən mənə qarşı yönəlmiş qara piar və mətbuat vasitəsilə ünvanıma təhqiramiz ifadələrlə dolu açıqlamalarla müşayiət olunur”, - bəyanatda bildirilib.

Yaşar Cəfərli baş prokurordan və nazirlərdən xahiş edir ki, 28 avqust 2013-cü ildə +79640542589 nömrəsindən ona zəng edən adamın şəxsiyyətinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülsün.–

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar