Əhəd Abıyevdən Manaf Ağayevə... 

Seymur Verdizadə

İki qeyri-hökumət təşkilatına rəhbəlik etdiyim üçün tez-tez müxtəlif tədbirlərə qatılıram. Bəzən bir ayda yeddi-səkkiz rayonda oluram. Hər dəfə yeniyetmə və gənclərlə görüşəndə, belə deyirəm: “Bizim heç birimizin xaricdə yaşamaq fikrimiz yoxdur. Çünki xaricdə yaşamağa pulumuz yoxdur. Buna görə də Azərbaycanı həsəd apardığımız Avropa, Amerika kimi gözəl bir diyara çevirməliyik”.

Vətənimizin azad, firavan bir ölkəyə çevrilməsi üçün əlimdən gələni edirəm. Bir yazar olaraq, heç vaxt haqqı nahaqqa qurban verməmişəm. Oxucular da təsdiqləyər ki, yeganə silahəm olan qələmimdən heç vaxt yalan süzülməyib. Günəşli vətənimə, onun var-dövlətinə, bitib-tükənməyən sərvətinə qənim kəsilənlərə qarşı həmişə amansız olmuşam. Ömrümün yarısından çoxu getdiyi, geriyə daha azı qaldığı üçün bu prinsiplərdən dönməyim mümkün deyil.

Azərbaycanda mənəvi mühiti korlayan, inkişafı tormozlayan yeganə qüvvə “köhnə qvardiya” adlandırdığımız qocaman məmur ordusu deyil. Elə bilməyin ki, vaxtaşırı bu zümrənin əleyhinə yazdığım üçün peşman olmuşam. Sağlam tənqidi qəbul etmədiyi üçün öz müavini vasitəsilə evimə zəng vurduran, məni, övladlarımı təhdid etdirən Daşkəsənin icra başçısı Əhəd Abıyevin söydürdüyü söyüşlər hələ də qulağımdan getməyib. Amma o da var ki, əlində vəzifəsi, səlahiyyəti olmayan ayrı-ayrı peşə sahibləri xalqın mənəviyyatına bəzi məmurlardan az zərbə vurmurlar. Mən hər kəsi öz adı ilə çağırmağın tərəfdarıyam...

Ötən həftə “Lider” TV-də “Qaynar müzakirə” verilişinin qonağı idim. Sənət adamlarıyla bağlı müzakirə başlayanda Manaf Ağayevin “Ay canı yanmış” mahnısı ilə musiqi tarixində qalmayacağını dedim. Sonra Elza Seyidcahanın olmayan ədəbi təfəkkürünü tənqid etdim. Axırda da gənc müğənni Afaq Aslanın geyiminə irad bildirdim. Oxucular da bilirlər, mən heç vaxt Ezop dilində yazmamışam. Sözü həmişə adamın üzünə demişəm. Tənqidin konkret ünvanı olmalıdır. İndi dövr dəyişib. Sözü ortaya atanda heç kim öz payını götürmür...

İlk reaksiya Afaq Aslandan gəldi. Əvvəl təhqir etdi. Sonra söydü, nifrin yağdırdı. Sosial şəbəkələrdə mənim haqqımda elə şeylər yazdı ki, özüm-özümü tanıya bilmədim. Özünü Elza Seyidcahanın pərəstişkarı kimi təqdim edən bir-iki nəfər isə zəng vurub, öz tərbiyəsini nümayiş etdirdi. Manaf Ağayevlə isə hələ qarşılaşmamışıq. Yəqin ki, görüşəndə ya yumruq qıcayacaq, ya da kəllə atacaq...

Məni ən çox mütəəssir edən bəzi dostlarımın, həmyerlilərimin Manaf Ağayevə qahmar çıxması oldu. Hamısı da eyni sözü deyirdi: “Manaf Ağayev xeyirxah adamdır. İndiyə kimi neçə-neçə yetimə əl tutub, onları sevindirib”. Bu adamları başa sala bilmədim ki, mən təkcə ata-anasını itirmiş beş-üç uşağın deyil, bütün uşaqların yaxşı yaşaması üçün mübarizə aparıram. Biz azad, firavan cəmiyyət quranda, o cəmiyyətdə bu gün məni söyən Afaq Aslanın biricik qızı da xoşbəxt yaşayacaq. O cəmiyyətdə Elza Seyidcahanın 15 manat üçün “Təbrik” restoranında yarım saat mahnı oxumasına ehtiyac olmayacaq. Ən əsası isə, heç kimin gözü Manaf Ağayevin əlində qalmayacaq. Hər kəs öz qabiliyyətinə uyğun yaşayacaq. Əli-ayağı olmayanlara, qocalara, xəstələrə, valideyn himayəsindən məhrum olmuş uşaqlara isə dövlət baxacaq.

Düz danışan, düz yazan adamlar həmişə təzyiqlərə, təqiblərə məruz qalıblar. Seyid Əzim Şirvaninin qabırğasını öz müasirləri sındırıb. Ona baxanda, bizim bəxtimiz gətirib; qabırğamıza döşəyib, hirslərini soyudurlar... (Missiya.az)

635x100

Şərhlər

Taliw daqlarindan Refqulu 2018-04-05 19:08:10

baciqolu sende ha gucenirsen yazasan,haqqi deyesen ( xalqa yandiqina eminem haaa) amma unvani ,,,,tapa bilmirsen,,,,. Ede balee ya Kinodaki kimi Celil Memmedquluzade ol yada Rza bey, dayy bu nediyee kah bu olursan kah o !!!

Şəkidən 2018-04-05 19:08:10

Dövlətimizi,xalqımzı sevən Seymur müəllimi Allah qorusun.

Randa 2018-04-05 19:08:10

Seymur müəl.Sizdə öz işinizlə məşqulsunuz.Onlarda öz işləri iylə.Sonda de mənim səhv yazdıqlarımın ğünahı mənim olsun.Siz yazan pis ifadələr sizin olsun.OLDU BƏRABƏR.

noqay 2018-04-05 19:08:10

Əsas günah elə millətin özündədir. Bəyəm onun nümayəndələri deyilmi ki, Elzaya yaltağlanıb ona ekrandan efirdən eybəcər söz yığınlarını ciddi şəkildə "şeir" adına camaata təqdim etməyə, dingiriş, düşük müğənnilərin zövqsüz, fars, əfqan, kürd. hind, anadolu, mazandaran ritm və havalarından həftəbecar surroqat "müsiqi"lərini, "mahnılarını" verməklə camaatın zövqünü korlamağa şərait yaradanlar? 20 ildən sonra ölkədə əziz doğma əsl Azərbaycan müsiqisinin nə olduğunu bilən qalmayacaq!!!

XAIES muellime 2018-04-05 19:08:10

sen cox agilli adamsan.

Azərbaycanda ERMƏNİ-XAİES CASUS ŞƏBƏKƏSİ: 2018-04-05 19:08:10

1 ƏSRDİR Kİ, AZƏRBAYCANIN VƏ AZƏRBAYCANÇILIĞIN MƏHVİNƏ ÇALIŞIR...

Əkbər 2018-04-05 19:08:10

Hansı əbiyevi deyirsən a qağa? Dərdin alem, o olkəmizdə söyüş söyməyin banisin qoyan duputatımızımı deyirsən? Sonradan da xidmətlərinə görə icra başçısı qoydulara a.

omer 2018-04-05 19:08:10

Rehmetlik Heydar Aliyevle vidalawanda men oz yerimi ehed ebiyeve verdim.daha dogrusu esgerler mene kec dediler,ehed beyin komekcisi ise menim ciynimnen vuraraq ,deputata yol ver dedi..men cekildim esger onun sinesinden geri iteledi ,ayagi suruwdu ,sonra burahdilar..belece men qiraqda qaldim

eh 2018-04-05 19:08:10

Bizim heç birimizin xaricdə yaşamaq fikrimiz yoxdur. Çünki xaricdə yaşamağa pulumuz yoxdur. sitatın sonu

Setmur Verdiyevə 2018-04-05 19:08:10

Bəs Azərbaycanı Avropaya,.Amerikaya hansı hökumət çevirəcək? Axı indi Azərbaycan tənəzüldədir.Bu suala da cavab yazsanız bir az təskinlik olardı.İndiki Hakomoyyətlə irəli inkanları tükənib.

Son yazılar