“Miqrasiya siyasətinə yenidən baxılmalıdır ki...” - Fazil Mustafa

1385805426fazil_mustafaTürkiyədə yaşamaq icazəsi olmayan vətəndaşların uşaqlarının təhsilsiz olması ağrılı məslədir.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Türkiyədə 5 mindən çox azərbaycanlı uşaq təhsilsizdir:

“Türkiyədə yaşamaq icazəsi olmayan vətəndaşların uşaqlarının təhsil məsələsi barədə Milli Məclisdə dəfələrlə məsələ qaldırmışam. Orada 5 mindən çox azərbaycanlı uşağın sənədləri yoxdur. Onlar İran yönümlü qüvvələrin açdığı məktəblərdə təhsil alırlar. Həmin insanların məhəllələrinə daxil olan zaman sanki Qum şəhərindəsən. Bu, çox ağrılı məsələdir. Hər kəs bu məsələnin üzərinə düşməlidir ki, uşaqların taleyi həll olunsun. Çünki gələcəkdə olduqca böyük problemlər yaradacaq”.

Fazil Mustafa bildirib ki, Türkiyə ayrı dövlətdir və onların öz təhsil qanunu var:

“Biz orda məktəb aça bilmərik. Amma məsələnin həlli yolu tapılmaldr ki, uşaqlar məhv olmasın. Əks halda onlar hansısa dini, ideoloji cəryanların təsiri altına düşə və Azərbaycan dövləti üçün arzuolunmaz insana çevrilə bilərlər. Bu məsələ ciddi gələcək üçün böyük təhlükədir. Təhsilsiz uşaq dövlət üçün ağır yükdür. Dövlət təhsilli insanların köməyinə ehtiyac duyur”.

Millət vəkili qeyd edib ki, uşaqların taleyi ilə bağlı yollar axtarılmalıdır: “Miqrasiya siyasətinə yenidən baxılmalıdır ki, insanlar ölkəni tək etməsin”.

Qeyd edək ki, yazıçı Elçin Aslangil Türkiyədə 1000-dən çox azərbaycanlı uşağın təhsilsiz olması haqda çıxış edib, problemin həlliylə bağlı kömək istəyib.

635x100

Şərhlər

Bashirov Qarib 2018-04-05 22:17:43

Fazil muəllim,miqrasiya məsələsinə yenidən baxib ne edəcəksiniz ki,insanları ölkəni tərk etməyi qadagan edib,aclıga, zulməmi məcbur edəcəksiniz.Bilmirsinizmi,insanlar niyə ölkəni kutləvi tərk edirlər.Deputatlar təyinatla olanda axır gunumuzun belə olmagini bilmirdiniz ,yoxsa.

Son yazılar