“Məni söydürənləri Allaha tapşırıram” - Hadı Rəcəbli

"Mənim xanımım həci xanımdır. İki qızım, iki bacım həci xanımdır. Ailə üzvlərim namaz qılır, Allaha ibadət edirlər. Bizim evdə stolun üstündə Quran var. Mənim bu dəqiqə Milli Məclisdəki kabinetimdə başımın üzərində Quran var. Mən Allaha bağlı insanam. Allahın yolunu da həmişə tutmuşam”.

"AzPolitika" xəbər verir ki, bunu İnterpress.az-a açıqlamasında Milli Məclisin deputatı Hadi Rəcəbli deyib.

O bildirib ki, Allah ömür versə, Kəbə evinə təkrar getməyi düşünür: "Hazırda Həccə getməyi planlaşdırmıram. Allah ömür verər, məqam olarsa, Həcc ziyarətinə bir dəfə də gedərəm. Mən Kəbə evinin içərisində olmuşam: Ulu Öndər Heydər Əliyev və cənab İlham Əliyevlə birlikdə. Mənə bu qismət olub. Bu, böyük bir xoşbəxtlikdir. Orada Kəbə evinin qapısını bizim üçün Səudiyyənin kralı açdı. Biz kralın qonaqları idik. O xoşbəxtlik mənə nəsib olub. Kəbə evində olduğum ruhu da saxlamışam. Çünki Allahdan qorxmaq lazımdır”.

Millət vəkili onun sözlərini mətbuatda təhrif edən jurnalistlərə səslənib: "Mən özüm də jurnalist işləmişəm, jurnalistlərin dostuyam. Jurnalist dostlara da səslənirəm ki, Allah xofu ürəklərində olsun. Allahdan qorxsunlar. Bir az diqqətli olsunlar. Yazıları təhrif etməsinlər. Yaşlı adamlara qarşı bir az da həssas olsunlar. Mən mətbuata açığam, bunlar isə mənim başıma gör, nə oyunlar gətirirlər. Bu da çox narahatedici məsələdir. Mən də o jurnalistləri Allaha tapşırıram ki, mənim ünvanıma o qədər söyüş söydürürlər. Allah da bilir. Mən Allaha şükürlər olsun ki, Allahın yolunu tutmuşam, 25 ildir ki, parlamentdəyəm və başımın üstündə də Quran var”.

635x100

Şərhlər

Şəkili 2018-04-05 23:12:12

Hadı Rəcəbli bu günü üçün rəhmətlik Qorxmaz müəllimə borçludur.O onu Şəki mitinqində aradan çıxarıb avtomobilə mindirib qaçırmasaydı indi Hadı yox idi.Onun Şəkidə etdiklərinə cavab verə bilməz.İndi durub millətə moizə oxuyur. Hadı Rəcəbli, bir özünün kimliyini aç, millətə bəyan et....Azərbaycanı və azərbaycanlıları əzirsiniz.Allahdan qorxun!

Maqsud 2018-04-05 23:12:12

HADİ RƏCƏBLİ GÖRDÜYÜNÜZ KİMİ HEÇ KƏS SİZİN XEYRİNİZƏ YAZI GÖHDƏRMƏYİB. DEMƏLİ ALLAH SİZİ CƏZALANDIRACAQ.

pıs-pısa 2018-04-05 23:12:12

Bəs Siz söydükləriniz sizləri kimə tapşırsınlar. Hamınız hacı olmusunuz ki, Allahın kölgəsində gizlənəsiniz. Xeyr, hamınız tasa düşməlisiniz. Hər şey iki başlıdır.

oxucu 2018-04-05 23:12:12

siz ağzıvızı açan kimi millət sizə qarğış edir. toxun acdan xəbəri olmaz.

omer 2018-04-05 23:12:12

Dediler daniwin buda daniwdi..hedi muellim en azindan sizin muellifi oldugunuz qanunlarin coxu xalqin ziyaninadir..bu ele besuvizdi.artiq soze ehtiyac yoxdur..

BULUD OĞLU 2018-04-05 23:12:12

Kök adamların ALLAHI SEVMƏSİ VƏ ONDAN QORXMASI YALANDAN BAŞQA BİR ŞEY DEYİL

zakon 2018-04-05 23:12:12

Heckim səni söymür.Sən özün məcbur edirsən ki məni söyün.

Memmed 2018-04-05 23:12:12

İllerin sınağı gösterdi ki, deputatlar teyinatla yox seçki yolu ile seçilmelidi ey deputat mellim

Akif 2018-04-05 23:12:12

Allahsız adamı Allah eşitmir. Hadı Rəcəbli, indiyədək xalqa vurduğun ziyana görə nə Allah, nə də xalq səni bağışlamayacaq!!!

NURəddin 2018-04-05 23:12:12

ONU-BUNU BİLMİRƏM AMMA MƏN BƏYAN EDİRƏM Kİ,GECƏ-GÜNDÜZ SİZİ ALLAHA TAPŞIRANLARDAN,ÜZƏRİNİZƏ BƏŞƏR ÖVLADININ EŞİTMƏDİYİ BƏDDUA TÖKƏNLƏRDƏN BİRİ DƏ MƏNƏM. SİZ BİZİM XALQIMIZA DAĞ ÇƏKMİSİNİZ.ALLAHIN QIZIL QİYAMƏTİNDƏ BÜTÜN İSLAM ÜMMƏTİ BİR TƏRƏFƏ OLACAQ MƏN BİR TƏRƏFƏ.BÜTÜN KÖRPƏLƏRİN,BÜTÜN XƏSTƏLƏRİN,BÜTÜN ƏLİLLƏRİN,BÜTÜN ŞƏHİDLƏRİN,BÜTÜN FƏQİRLƏRİN HAQQINI SİZDƏN ALIB SAHİBLƏRİNƏ QAYTARTMAYINCA TANRININ QİYAMƏTİNƏ XİTAM VERMƏYƏ AMAN VERMƏYƏCƏYƏM!HAQQ MƏSƏLƏSİNƏ ALLAH QARIŞMIR.ODUR Kİ,MƏNİM İXTİYARIM OLACAQ.

Oqtay 2018-04-05 23:12:12

Sən yaramaz işlərin anonsunu verəndə və calışıb həyata keçirəndə bildim ki hamınız hacısınız və allaha inanıb quran oxuyursan. Təkcə quran oxuyub hacca gedənlər hamısı sənin tipdə olur pis xəbəri millətə deyəndə sevinirsən Şəkidə raykomun 1 katibi işləyəndə səni oradan millər qomardı Stadionda maşınla qaçmasaydın heç o getdiyin HACC da sənə kömək edə bilməyəcəkdi.25 ildə nə etmisən MM iş yeri deyil ora səngərdir ora işləmək yox qulluq etmək yeridir xalqa millətə sizsə işləyirsiniz Oranı süpürən də işləyir

Fizuli 2018-04-05 23:12:12

Allah sizi xalqa 136 azn meslehet bildiyiniz ayliq qazanca mohtac etsin ki,sizin kimilere agah olsun ki QURAN ne demekdir.QURANI kerimi oxuyub derk eden t/v-de siz daniwdiqinizin yuzde birini aqzina alib daniwmaz.QURANI oxuyub emel etmek lazimdir yalandan kabinetde baw usten asmaq yox.Xeberiniz olsun ki,QURANI KERIM beytul mali(xalqin budcesini) oqurlayib talayanlari yalancilari,israfcilari,xalqi awaqiliyanlari qaynar isti cehennemle mucdeleyib ALLAH vedine xilaf cixmaz.ALLAHIN vedi haqdir INWAALLAH!

Bashirov Qarib 2018-04-05 23:12:12

Necə yəni mən Allah adaməyam.Mən elə bilirdim sən ateistsen.Bəs Allahdan qorxmursunuz, insanlarin sosiallarıni,təqaudlərini kəsirsiniz.Bu necə Allahın yoludur ki,haramxorluq edirsiniz. Yetimin maləna göz tikmisən. Yaxşı olar ki, elə gorunduyun kimi olasan.

Əkbər 2018-04-05 23:12:12

Bəri başdan deyim ki söyüş söyməyə heç cürə haqq qazandırmıram.Hadı müəllim, sizi and verirəm stolunuzun və başınızın üstündəki QURAN-a mətbuatda etiraf edin dolanışığınıza, qazandıqlarınıza halal maaşla nail olmusunuz?ALLAH yolu hallalıqdır.QURAN-a and içib etiraf etsəniz ALLAH köməyiniz olsun.Etiraf etməsəniz sizi ALLAH-a tapşırıram.Mən ilahi ədalətə çox inanıram.Azpolitika xahiş edirəm şərhimi verəsiniz.

Hadı Rəcəbova 2018-04-05 23:12:12

Müavinət,sosial yardım,pensiyaçılar sizi çoxdan allahsız rəqəmlərinizə görə Allaha tapşırıblar.Siz gecikmisiniz.Orada Siz qeydiyyatdasınız.

sual 2018-04-05 23:12:12

hadi muəllim qurani başa duşduk burda mocuzəli nə var ki. bu kitab oxunmalidir başinin usdunə qoyulsa belə. sən soylə bundan istifadə edib bakinin təkcə ən bahalirayonu olan səbayel rayonun da necə obyektin var və hərəsindən ayda nə qədər icarə haqi alirsan. isdəsən mən deyim təxminən 50 min manat.mən helə tek fəvarələr meydanindan deyirəm.sən isə deyirsən muəllim gedib palciq qarişdirsin ki 10 manat əlavə pul alsin. bəs səni soyməsinlər kimi soysunlər hə?

t.ədalət 2018-04-05 23:12:12

Hadi müəllim,Sizin yazınızla əməliniz uyğun gəlmir.Siz katib olanda da Allahdan qorxmamış,həmişə .... meyilli olmusunuz.Əlbəttə,Sizə qarşı söyüş edənlər də haqlı deyillər.Söyüş tərbiyəsizlik əlamətidir.Biz hər cür qəzavü-qədərə qarşı həmişə Allaha sığınırıq.Amma əməllərimizi redaktə etmədən Allaha sığınmaq fayda vermir.Siz çıxışlarınızda ehtiyatlı olmaqla ünvanıza yönələn söyüşlərdən uzaqlaşa bilərsiz.Allah yardımçınız olsun!

Az təminatlı ailə 2018-04-05 23:12:12

Hadı bəy Allah tanıyan olsa idi yaşayış minimumu,yaşam səbəti,,müavinət və pensiyaların miqdarı barədə düşünüb iş görərdi.İnşaalah o özü bu işlərə görə Allahın qəzəbinə gələcək.Qaldı ki,ailə üzvlərinin hacı olmasına.Onlar hansı halal qazancla həccə gesiblər?

Игорь 2018-04-05 23:12:12

Hadi ne vaxtdan allahi taniyir?

Son yazılar