ARTUR RASİ-ZADƏNİN BƏZİ SƏLAHİYYƏTLƏRİ ƏLİNDƏN ALINDI - Dəyişiklik

artur (1)

Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda dəyişiklik edib. APA-nın məlumatına görə, Qaydaya əsasən, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin məbləği Nazirlər Kabineti tərəfindən 20 faizədək artırıla və yaxud yerli gəlirlərin proqnozuna nisbətən əlavə daxil olan vəsait qədər azaldıla bilərdi.

Dəyişikliyə əsasən, artıq bu halda Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bu addımı ata bilər.

Mövcud Qaydaya görə, Nazirlər Kabineti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilərdi. Dəyişikliklə bu sahədə də Nazirlər Kabinetinin səlahiyyəti ləğv olunub. Başqa sözlə, artıq Nazirlər Kabineti deyil, Azərbaycan prezidenti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.

Qeyd edək ki, Nazirlər Kabineti “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə belə bir qərar qəbul edib.

Qeyd edək ki,  bu qərar baş nazirin, indiki halda Artur Rəsi-zadənin səlahiyyətlərinin ciddi şəkildə azaldılmasıdır. Bununla baş nazirin büdcə vəsaitləri üzərində qərar vermək, onu istədiyi istiqamətə yönəltmək imkanı əlindən alınıb.  Hansı ki, ekspertklər bu vəsaitlərin böyük bir hissəsinin korrupsiyanın qurbanı olduğunu bildirirdi. Hətta 10 milyonlarla vəsait  hara xərcləndiyi belə müəyyənləşdirmək olmurdu.

AzPolitika.info

 

635x100

Şərhlər

Vahid Əkbərov 2018-04-06 09:38:35

Pensiya fondu 22 ildir Artur axperə yüksək pensiya verir.O nə üçün 82 yaşında işdən azad edilmir? Azərbaycanda layiqli adam 22 ildir tapılmır? Deməli burada əmma görünür.

Vətəndaş 2018-04-06 09:38:35

Nazirlər Kbinetinin səlahiyyətləri artırılsa nə olur,azaldılsa nə olur?İndiki halda Nazirlər Kabineti nəyə gərəkdir? Bütün məsələlər Prezident Adminstrasiyasında ( nazirlərin toplantısı,müzakirələr.nazirlərin və müavinlərinin Prezident tərəfindən təyini və sair) həll olunur.Bunu ki,hamı bilir.

Mirzə AĞ 2018-04-06 09:38:35

Dəftərxana müdiri vəzifəsi onun bəsidi, təki "konvert" gəlsin...

G.M 2018-04-06 09:38:35

Alın Arturun bütün vəzifələrini,ləğv edin səlahiyətlərini..onsuzda istifadə eləmir.Ancaq Kreslosuna toxunmayın,Kreslonun üstündəki ``nazik `` döşəkcəyə dəyməyin.

Son yazılar