"SƏFİRLİYİMİZ ERMƏNİ CƏLLADA SƏNƏD VERİB!" - Səfirlikdən açıqlama

1988-ci ildə Sumqayıt hadisələrinin təşkilatçısı sayılan Eduard Qriqoryan Fransanın Orleans şəhərində məskunlaşıb

Fransada yaşayan mühacir blogger Elnur Məcidli sosial şəbəkə vasitəsilə sensasiya sayıla biləcək maraqlı bir fakt açıqlayıb. Musavat.com-un məlumatına görə, o, 1988-ci ildə Sumqayıt hadisələrinin təşkilatçısı sayılan Eduard Qriqoryanın hazırda Fransanın Orleans şəhərində ailəsi ilə birlikdə siyasi sığınacaq üçün müraciət etdiyini xəbər verib. E.Məcidli bildirib ki, bu informasiyanı alan kimi sözügedən şəhərə yola düşüb və məlumatı yerində dəqiqləşdirib.

E.Məcidli daha sonra yazıb: “Şahid ifadələrinə görə, kifayət qədər səlis Azərbaycan dilində danışan Qriqoryan öz keçmişi ilə bağlı danışmaqdan qaçır, sığınacaq üçün də başqa bir adla müraciət etdiyi deyilir. Ən dəhşətlisi isə Qriqoryanın Azərbaycanın Fransadakı səfirliyinə aparılaraq şəxsiyyətinin təsdiqləndiyi, səfirlik tərəfindən ona şəxsiyyətinin təsdiqlənməsi ilə bağlı sənəd verildiyi ilə bağlı məlumatdır”.

E.Məcidli daha sonra 1988-ci ildə baş vermiş hadisənin detallarını xatırladıb: “Xatırladım ki, 1988-ci ilin fevral ayında Sumqayıt şəhərində baş verən təxribat və qırğınların təşkilatçısı kimi 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adlı bu erməniyə güllələnmə əvəzinə, SSRİ Baş Prokurorluğu, sadəcə, 12 il iş vermiş, ermənilərin kompakt yaşadığı Stavrapol vilayətinin Budyonnovski şəhərinin həbsxanasına göndərmişdi. Çox qısa zaman ərzində onun həbsdən azad olduğu, Yerevana getdiyi və daha sonra yenidən Rusiyaya qayıdaraq, bu ölkədə yaşamasına dair informasiyalar vardı. Azərbaycanın hüquq-mühafizə orqanları onun ölkəmizə ekstradisiyası üçün dəfələrlə Rusiyaya müraciət etsə də, cavab ala bilməmişdi. Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdi. Erməni terror təşkilatçılarından biri, qatı cinayətkar Qriqoryana ölüm hökmünün verilməməsi, Moskvanın diktəsi, zəhmi altında işləyən Azərbaycanın müti prokurorluq, məhkəmə və hüquq-mühafizə orqanları sisteminin iflası idi”.

Blogger E.Məcidli yazıb ki, Sumqayıt hadisələrinin təşkilatçısı hazırda Fransadadır və doğrudan da səfirlik bu məlumatı ictimaiyyətdən gizlədibsə, bu, artıq böyük sensasiyadır: “Hesab edirəm ki, rəsmi qurumlarımız bu şəxsin Azərbaycanda məhkəmə qarşısına yenidən çıxarılması üçün dərhal hərəkətə keçməli, lazımi addımları atmalıdırlar”.

Xatırladaq ki, 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Bu hadisələr də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir. Sumqayıt hadisələrindən sonra Qriqoryan çox az müddətdə həbsdə olub: 1991-ci ildə Rusiya onu cəzasını çəkməsi üçün Ermənistana təhvil verib. Ermənistana ekstradisiya olunmuş cəllad Ermənistanda azad edilib və bir müddət sonra Rusiyaya qayıdıb.

2015-ci ilin yanvar ayının 9-da E.Qriqoryanın 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib.

***

Azərbaycanın Fransadakı Səfirliyinin ikinci katibi Vüqar Əliyev səfirliyin 1988-ci ilin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryana hansısa sənəd verməsi barədə iddianı qətiyyətlə təkzib edib. V.Əliyevin "AzPolitika"nın elektron poçtuna daxil olan açıqlamasında bildirilir:

"Təəssüflə qeyd edirik ki, ölkəmizdə keçiriləcək prezident seçkiləri öncəsi Avropada, xüsusən də Fransada Azərbaycana qarşı kampaniya daha da geniş vüsət alıb. Sosial şəbəkə profilində heç bir fakta əsaslanmayan fikrin dəqiqləşdirmə aparılmadan tirajlanmasını təsadüf hesab etmirik. Fransada Azərbaycan Respublikasının imicinə zərbə vurmaq məqsədilə həyata keçirilən bu kampaniyada erməni diasporu ilə Fransadan siyasi sığınacaq almış Azərbaycan Respublikası vətəndaşı statusu daşıyan şəxslər sinxron hərəkət edirlər.

Əminliklə bildiririk ki, 1988-ci ilin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryan hər hansı bir məsələ ilə bağlı Səfirliyin Konsulluq şöbəsinə müraciət etməyib və ona tərəfimizdən konsulluq xidməti göstərilməyib.

Ölkə KİV-ni bu kimi məsələlərdə diqqətli olmağa və jurnalistikanın əsas prinsiplərinə əməl etməyə çağırırıq".

635x100

Şərhlər

Vətəndaş 2018-04-06 13:29:49

Bu məsələ bir başa Məmmədyarovun diqqətində olmalı və ictimaiyyətə bu barədə məlumat verməli və geri addım atılmalıdır.Bu boyda xəyanəti millətdən gizlətmək özü cinayətdir.Adamın hətta yeri bəlli olduğu halda onun ekstradisiyası barədə niyə indiyə qədər addşm atılmayıb? Bəlkə o geri qaytarılsa bir çox gizlinlər ortaya çıxar.

ERMƏNİ-XAİES CASUS ŞƏBƏKƏSİ: 2018-04-06 13:29:49

1 ƏSRDİR Kİ, ERMƏNİLER AZƏRBAYCANIN VƏ AZƏRBAYCANÇILIĞIN MƏHVİNƏ ÇALIŞIR...

Yaycılı-ya 2018-04-06 13:29:49

Hara gedirsən,yaltaqlar ortaya çıxır.Məmmədyarov normal,bir Azərbaycana canı yanan adam kimi işləsə kimin onunla işi olar? Boş-boş sözlərlə zaman kayb etmək,baş aldatmaq kimə devident gətirər?İşlədiyi müddətdə hansı məsələdə irəliləyiş əldə edə bilib.... hara gedirsə üzü aşağı qayıdır.Nəticə görükmür.Lələtəpə məsələsi də yarımçıq işdir. Nə qədər yaltaqlara yol veriləcək,qabağa keçəcəklər ölkə zəlil günə qalacaq.....

Yaycılı 2018-04-06 13:29:49

Bəsdirin belə sifarişli yazılar yazmağa. Prezident seçkiləri gəldi göbələk kimi ortaləğa çıxdınız. Elmar Məmmədyarovu vurmaqdan ötrü bilmirsiniz hansı yola əl atasınız.

Cəlal 2018-04-06 13:29:49

Elə bilirsiniz məsul vəzifəlilər bu faktı araşdırıb nəticə çıxaracaq,həmin səfiri tapıb ( güya bilmirlər?) qanun qarşısında mühakjmə edəcəklər.İkinci tərəfdən niyə XİN hətta yerini bilə-biə indiyə qədər (30ilə yaxın)Sumqayıt hadisələrinin bilavasitə təşkilatçısını axtarışa verib mühakimə olunmasını təmin etməyib? Əksinə şərait yaradıb ki.o Fransada sərbəst yaşasın.Axı o Azərbaycan vətəndaşı olub. Belə hallar niyə gizli qalıb? Bəs əlaqədar qurumlar niyə fəaliyyətsiz olub? Bu suallara cavah hamı maraqla gözleyir

t.ədalət 2018-04-06 13:29:49

Dövlətimizin mövqeyi üzərindəki sirli Pərdələr qalxdıqca,Azərbaycanın ermənilərə göstərdiyi qayğıların üstü açılır.Qəribədir,bütün bunlar nədənsə "eyibləri görmək" sahəsində ixtisaslaşan ictimai-siyasi şöbənin nəzərindən yayınır,buna reaksiya da verilmir.Amma ,deyirlər ki, xəyanətin üstü suvaq götürmür.Əlbəttə,bu gizli məsələlərin siyahısı böyüdükcə,faş olma ehtimalı da artır..

Memmed 2018-04-06 13:29:49

Adam söz tapmır danışmağa,Allah bilir ne qeder alıb qoyublar ciblerine.Neyi gözleyir bizim dövlet anlamaq olmur.Bu doğrudursa, bunun adı xeyanetdir vessalam.

Rauf 2018-04-06 13:29:49

Eyni zamand Fransadakı səfirimiz də istintaqa cəlb olunmalıdır. Ehtimal ki,səfirlik bunu bilrəkdən edib.Çünki bilməməsi mümkün deyil.Ölkənin imicini korlayan elə qarışıq qandan,süddən olan adamlardır.Əfsus ki,hökumətə belələri istənilən qədər soxulublar.Bəs bunları mühafizə edənər kimdir?Niyə bu istiqamətdə iş aparılmır?

G.M 2018-04-06 13:29:49

Gedin araşdırın..Yüzdə,yüz səfirimiz Eduarda verdiyi sənədin müqabilində ermənidən nəsə ``qopardıb``.Allah bəzi məmurları,nazirləri,səfirləri pul zəlili eliyib......

Son yazılar