JTI şirkəti Azərbaycanda daha bir su təchizatı layihəsi həyata keçirdi - FOTO

jti"Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib.

Sayca doqquzuncu olan layihə Ağcabədi rayonunun Pərioğullar kəndində Mili Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Ağcabədi Rayon İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilib.

Açılış mərasimində çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Səfər Səfərov və MQF-nin prezidenti Rauf Zeyni layihənin icrasında maliyyə dəstəyi göstərdiyinə, xüsusilə də belə bir layihənin Ağcabədi rayonunda icra edilməsinə görə JTI şirkətinə öz minnətdarlığını bildiriblər.

JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin meneceri Əli Verdiyev layihənin uğurla icra edildiyini qeyd edərək, belə layihələrin insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını söyləyib. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.

Əhalisinin sayı 2 min nəfərə yaxın olan Pərioğullar kəndində içməli su layihəsi MQF tərəfindən icra edilib. Təxminən üç ay davam edən işlər nəticəsində subartezian quyusu qazılmış, müvafiq borular və bir neçə tonluq çən quraşdırılıb. İndiyədək JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı, Salyan və Ağdam rayonlarında da su təminatı layihələri həyata keçirilib. Bu layihələrin icrası nəticəsində 30 min nəfərdən çox adam təmiz içməli su ilə təmin edilib.

635x100

Şərhlər

məmmədqulu 2018-04-06 19:08:02

Deyirəm axı bir həftədir sularımız "aydan-arı sudan duru" gəlir. Çox sağ olsunlar.

Son yazılar