İsrail hərbçiləri ilə toqquşmalarda daha 3 fələstinli ölüb, 350-si yaralanıb

İsrail hərbçilərinin Fələstində keçirilən kütləvi aksiyaya müdaxiləsi nəticəsində 3 nəfər həlak olub, 350-si yaralanıb.

"Report" "RİA Novosti"ya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidr məlumat verib.

Bununla da ötən həftənin cümə günü başlayan aksiya çərçivəsində ölənlərin sayı 25 nəfərə çatıb. Ümumilikdə, 1500 nəfərdən çox fələstinli yaralanıb.

Qeyd edək ki, aksiya iştirakçıları İsraildən Qəzza bölgəsinin blokadasına son qoymağı və fələstinlilərə qəsb olunmuş torpaqlara geri dönmələrinə imkan verməsini tələb ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar