«Trampın Suriyadan çıxmaq barədə sözləri yeni sui-qəsddir» - İranın müdafiə naziri

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının (İİR) müdafiə naziri Əmir Hatəmi bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın ABŞ hərbçilərinin Suriyadan çıxarılması niyyətində olduğu barədəki sözlərinə inanmır və bunu Suriyaya qarşı yeni sui-qəsd hesab edir.

Ötən həftə Tramp gözlənilmədən bəyan edib ki, tezliklə ABŞ hərbçiləri Suriyanı tərk edəcək, amma onun sözləri Ağ Ev administrasiyasının nümayəndələri tərəfindən təsdiqlənməyib. Çərşənbə axşamı o, öz mövqeyini bir daha təsdiqləyib və əlavə edib ki, bu qərarını müttəfiqləri və bölgə ölkələri ilə müzakirə edəcək.

«Mən, bu sözləri Trpmpın dilindən eşidərkən, təəccüləndim. Nədən ki, ABŞ Suriyadakı iştirakını bu ölkəni bölmək məqsədi ilə planlamışdı. Mən buna inanmadım və özümdən soruşmağa başladım: onlar nə üçün belə bəyanat səsləndirirlər? Amma öz bilgilərimi və təcrübəmi nəzərə alıb, bunun yeni sui-qəsd olduğunu ehtimal edirəm» - deyə, iranlı nazir «RT» telekanalına verdiyi müsahibədə bəyan edib. Nazirin cavabları ərəb dilinə tərcümədə translyasiya olunub.

Bununla bərabər, nazir Tramp administrasiyası daxilində fikir ayrılığının təzahürlərinin bir sıra hərbçilərin və məmurların onunla razı olmadığının göstəricisi olduğunu bildirib.

«CNN» telekanalı Tramp administrasiyasındakı mənbəyə istinadla xəbər verib ki, cümə axşamı ABŞ Dövlət Departamentinin direktoru postuna yeni təyin olunmuş sabiq MKİ direktoru Mayk Pompeo və ABŞ silahlı qüvvələri Baş qərargah rəisləri komitəsinin başçısı Cozef Danford Prezident Donald Trampa ABŞ ordusunu Suriyadan çıxartmamağı məsləhət görüblər.

Telekanalın məlumatına görə, milli təhlükəsizlik məsələləri üzrə prezident komandasının bu həftə keçirilmiş iclasında Tramp bəyan edib ki, ABŞ Suriyadakı hərbi əməliyyatlara həddindən artıq çox pul xərcləyir və «əvəzində heç nə əldə edə bilmir». Dövlət başçısı silahlı qüvvələrin 6 ay ərzində Suriyadan çıxarılmasını tələb edib. Ancaq ABŞ Prezidentinin müşavirləri bu qərarın əleyhinə çıxış ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar