DEPUTAT MAAŞINA "SOSİAL MƏNZİL" - Hökumət sosial mənzil ideyasını dəfn etdi!

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başlayır. Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı mayın 7-dən başlayaraq, avqustun 7-dək davam edəcək.

Birincisi, ondan başlayaq ki, dünyanın heç bir yerində sosial mənzillər satışa çıxarılmır. Sosial mənzillər adətən bələdiyyə mülkiyyətində olur. Uzaq Avropadan tutmuş, yaxın Türkiyə və İranadək, sosial evlər yoxsul insanlara güzəştli şərtlərlə qısamüddətli və ya uzunmüddətli (ailənin durumundan asılı olaraq) kirayə verilir. Kirayə qiyməti də simvolik məbləğlər olur. Məsələn, 5-10 dollar. Bu da binanın xidmət xərclərini qarşılamaq üçündür. Əksər yerlərdə binanın xidmət xərclərini belə bələdiyyələr özləri qarşılayırlar. Çünki sosial binalara ödəmək qabiliyyəti olmayan zümrə yerləşdirilir, onlardan gəlir əldə etmək barədə düşünmək bəşəri baxımdan anti-insani, dini baxımdan günahdır.

Azərbaycanda sosial evlərin tikintisini və idarəolunmasını bələdiyyələr yox, mərkəzi icra hakimiyyəti öz üzərinə götürdü - Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı. Ancaq az sonra bəlli oldu ki, sosial mənzillər “sosial mənzil” ideyasının ziddinə olaraq satışa çıxarılacaq. Niyə sosial mənzillər satışa çıxarıla bilməz? Çünki yoxsulluq daimi deyil. İnsanlar hansısa mərhələdə yüksək maaşlı iş yeri tapa bilər və ya gedib özünə xırda biznes qura bilər. Məsələn, tutaq ki, tək qadın köməksiz vəziyyətdə 2 uşaq böyüdür. Bir mərhələdən sonra uşaqlar universitetə daxil olur, oranı bitirir və yüksək maaşlı işə düzəlirlər. Bununla da artıq sosial mənzildə yaşamaq hüququnu itirirlər və mənzil təhvil verilir. Təbii ki, növbəti yoxsul ailə gəlib həmin mənzildə yaşamaq hüququ əldə edir.

Mənzil İnşaatı Dövlət Agentliyinin şərtləri nəinki yoxsulların, hətta kasıblar üçün belə sosial mənzilləri əlçatmaz edir. Satışa çıxarılan 260 mənzilin qiyməti belə müəyyən edilib:

1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayır.

Bir otaqlı üçün aylıq ödəniş 129-136, ikiotaqlı üçün 203-236, üçotaqlı üçün 282-288 manatdır. Sadə hesablama yolu ilə bəlli olur ki, bu məbləğlər ödəmək üçün böyük rəsmi gəlirlər olmalıdır. Məsələn, tutaq ki, orta statistik ailə (ər-arvad+2azyaşlı uşaq) 1 otaqlı sosial mənzil almaq üçün müraciət edib. 2018-ci il üçün "Yaşayış minimumu haqqında" qanuna görə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib – orta göstərici 173 manat. Deməli, 1 otaqlı ev almaq üçün onların gəlirləri 803 manatdan az olmamalıdır (ər və arvadın minimum yaşayış xərci 366 AZN + 2 uşağın yaşayış xərci 308 AZN+ aylıq ödəniş 129 AZN = 803 AZN). Bank kalkulyatoru da məhz belə hesablayır – rəsmi gəlirlərdən adambaşına yaşayş minimumu çıxılır, yerdə qalan vəsait isə kredit ödənişi kimi hesablanır. Sosial binalardan 3 otaqlı mənzil almaq üçünsə deputat maaşına yaxın bir məbləğ tələb edilir - ər və arvadın minimum yaşayış xərci 366 AZN + 2 uşağın yaşayış xərci 308 AZN+ aylıq ödəniş 288 AZN = 962 AZN (deputatların maaşı 1350 manatdır, müavinətləri saymasaq).

Agentlik bəyan edib ki, sosial mənzilin 1 kavadrat metri 950 manata vətəndaşlara təklif edilir. Maya dəyəri 300-350 manata başa gələn mənzillər niyə 950 manata təklif edilir? Özəl şirkətlərdə belə mənzilin 1 kvadrat metri 200-250 manata başa gəlir (təmirsiz). Hər kvadrata da 100-120 manat da təmir xərci əlavə etsək, maya dəyəri 300-370 manatdan çox olmamalıdır. Ancaq maya dəyərindən 3 dəfə baha qiymətə “yoxsullara” mənzil satılır. Özü də özəl şirkətlərin xərci daha çoxdur - ən azı torpağı pulla alırlar. Agentliyə isə torpaq dövlət hesabına verilib.

Nəhayət, sosial mənzil nağd pula satılması variantı layihənin sosiallıqdan əsər-əlamət daşımadığını tam çılpaqlığı ilə ortaya qoyur. Agentlik hətta nağd alana 10 faiz endirim də edir. Çox sadə bir sual isə cavabsız qalır – nağd şəkildə 30-65 min manat pulu olan niyə yoxsul sayılmalıdır? Camaatla niyə məzələnirsiniz? Birdəfəlik deyin ki, mənzil alveri ilə məşğulluq, vəssalam!

Qadir İBRAHİMLİ

635x100

Şərhlər

Usta 2018-04-07 00:02:16

Bunlar bir tuği-lenetdiler ki kecibler xalqin boğazina.

AAgahuseyn 2018-04-07 00:02:16

XAHİŞ edək h rəcəblinin və s müslümovun varidatı yoxlanılsın ğörək bu villalar-restoranlar-otellər qohum əqrəbanın adına necə tikilib.Onlar hamısı bizim təqaüdün və sosial yönülü lahiyələrdən oqurlanmış HARAM vəsaitlər hesabına başa öəlib.HARAMLARI OLSUN.

pıs-pısa 2018-04-07 00:02:16

Qoyun 12 aprel olsun, sonra məmurlar ümumiyyətlə sosialı da dəfn edəcəkdir. Bunlar sosial deyəndə nə vaxtsa milləti nəzərdə tutublar ki?? Sosial deyən cənablar millətin rifahını yaxşılaşdırmaq üçün iş yerləri açardılar (AzTV telekanalizasiyadan gopa basılan 2 milyon iş yeri yox).

Sus 2018-04-07 00:02:16

Ay burada şərh yazanlar!sÖHBƏT NORMAL ölkələrdən gedir,Azərbaycandan yox.Vallah bu yatmış xalqa bu da azdır.Onların ki, pulu Fransanın,Rusiyanın və s.xarabalıqlarının təmirinə gedir,özləri isə burada mürgü vurur.Bunlara "hafka" qənim olsun.İki qardaş əl-ələ verib,xalqı "ağ" günə çıxarıblar.Yaşasın ikiqardaşlıq alyansı-uraaa.

Mirzə AĞ 2018-04-07 00:02:16

Əcəba, siz Artur hökumətindən mənzil gözləyirdiniz? Ayə, bunlar gecə-gündüz "tas qurub, fala baxırlar" ki, kasıb saldıqları xalqın cibindəki 3-5 qəpik çörəkpulunu necə çıxartsınlar...

G.M 2018-04-07 00:02:16

Sosial Mənzil, filan ..bunları ``boş verin..``Sosial Təminat naziri S.Müslümov olan yerdə sosial rifahdan,sosial mənzildən söhbət gedə bilməz.Bu adamın həyat yolunu,vəzifə maaşını və real gəlirlərini araşdırsanız,Qaçqınkom Əliyə şükür edərsiniz.Pula olan məhəbbətimiz üzümüzü qara,mənəviyatımızı kor edib.

Memmed 2018-04-07 00:02:16

Yux ne bilmişdiz bes.Alın göreceksiz biraz pul ödeyenden sonra sığortanın qiymetini Artur bey gece ile qaldırı,Başqa şerler çıxıb ortaya.

Kəmalə Kərimlu 2018-04-07 00:02:16

Dövlət hesabına tikilən mənzili açıq açıqlama maya dəyərindən dəfələrlə baha satılan sosial evlərdən qeydiyyatdan keçmək ücun mənzil almaq istəyən üsaq evində böyümüş şəxsdən 3000 mən rüşvt istənilib.Yoxsul əhalinin adından istifadə edərək sosial mənzillər,evsiz jurnalistlərə pulsuz evlərin paylanması kimi böyük layihələrdən yalnız məmurlar yaralanır.Bu millətin haqqını yeyənlər çox tezliklə qan qusacaqlar isəallah.Haqq nazirlər amma üzülməz!

t.ədalət 2018-04-07 00:02:16

Əhalinin təbii sərvətlərdən yararlanmaq haqqı olduğu halda onu ehtiyacla təhdid etmək günahdır.Neftdən gələn gəlirləri xalqla paylaşmaq lazımdır.Tarixə nəzər salsaq,görərik ki,Bakının neftxudalarından qalan,ancaq onların xeyriyyə işləridir.Xalqla paylaşılmayan sərvət son anda onu mənimsəyənlərin faciəsinə çevrilir.Ölkə iqtisadiyyatını qurmaq əvəzinə ölkə əhalisinin cibinə girmək uzun davam edə bilməz.Səhiyyəni,təhsili,mənzili, avtomobil yollarını,dayanacaqları pullu etmək iqtisadi inkişaf yox,gerilikdir.

Akif 2018-04-07 00:02:16

Burada deyirlər ki, hökumət dəvədən yun qırxılan kimi aclıq işində boğulan vətəndaşlardan pul toplayır.Bəs xalqa məxsus negt-qazdan gələn gəlirlər hanı?Nə üçün ərəb və digər ölkələrdə hər bir vətəndaşın payına düşən gəlirlər onların bank hesabına jöçürülür.Nə vaxta qədər sadə vətəndaşlar hakimiyyətin bu talaçılıq və korrupsiya siyasətinə dözümlülük göstərəcək?Xalq qul olmamalı, Vətəninə sahib çıxmalıdır

Son yazılar