Ağ Ev Tramp və Putinin görüşünə hazırlığı davam etdirəcək

ABŞ rəsmi Moskvaya qarşı tətbiq edilən yeni sanksiyalara baxmayaraq Donald Tramp və Vladimir Putinin görüşünə hazırlığı davam etdirəcək.

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin sözçüsü Sara Sanders bəyan edib.

“Hazırlıq davam etdiriləcək. Prezident Tramp Rusiya ilə yaxşı münasibətlərin tərəfdarıdır, lakin bu rəsmi Moskvanın hərəkətlərindən asılıdır. Eyni zamanda prezident Tramp Rusiyaya qarşı sərt siyasət aparmaqda davam edəcək”, deyə S.Sanders qeyd edib.

Qeyd edək ki, bu gün ABŞ Rusiyanın 17 dövlət məmuru, 7 iş adamı və 12 şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar