PROFESSORUN EVİNDƏN TAPILAN ERMƏNİ SAATI... – Bakıdan Vartan Sirmakesə axan pullar!

“Bir generalın qolunda 300 min avroluq “Franck Muller” saatı var”

Xəbər verdiyimiz kimi, tanınmış tibb professoru Kamal Abdullayevə qarşı quldurluqda təqsirləndirilən dəstə üzvləri - Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəməsi başlayıb.

Aprelin 4-də Bak Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Bildirib ki, Firdovsi Əliyev 2 ay “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşərək professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin bildirib ki, K.Abdullayev bu yaxınlarda klinikanı böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb. Bundan sonra A.Əmirov işə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi cəlb edib. Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib.

Görüşdə verilən qərara əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında Elməddinə veriblər. A.Əmirov, N.Musayev və B.Hacızadə oradan çıxıb, Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər. Anar hasardan keçərək içəridən darvazanı açıb. Maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb, çöldən pəncərəni açıb içəri giriblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamıtla bağlayıb, onları tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən 2 milyon dollar pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib. Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung”, 20 min manatlıq “Franck Muller” qızıl saatı, K.Abdullayevə məxsus qaz tapançası və suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.

İttiham üzrə A.Əmirov, N.Musayev və B.Hacızadə özlərini qismən təqsirli bilib, digərləri isə özünü təqsirli bilməyib. Zərərçəkmiş K.Abdullayev prosesdə iştirak etməyib. Proses aprelin 9-da davam edəcək.

Məşhur professora qarşı quldurluq işində bir məqam diqqətimizi çəkdi. Quldurlar axtardıqları 2 milyon dolları tapa bilməsələr də, K.Abdullayevin evindən dəyəri 20 min manat olan 1 ədəd “Franck Muller” qızıl saatını taparaq götürüblər. Yuxarıda təqdim etdiyimiz məlumatdakı bu məqam yəqin ki, çoxlarının diqqətini çəkməyib. Amma... Məsələ ondadır ki, elit saat brendləri arasında ilk sıralarda olan “Franck Muller” İsveçrə saatlarının istehsalçısı olan beynəlxalq kompaniyanın sahibi erməni Vartan Sirmakesdir. “AzPolitika”nın internet resurslarında apardığı kiçik araşdırma nəticəsində məlum olub ki, bu saatların qiyməti 3-5 min dollardan başlayaraq, 2 milyon dollaradək yüksəlir. K.Abdullayevin evindən erməniyə məxsus şirkətin istehsal etdiyi bahalı saatın çıxması bir daha sübut edir ki, Azərbaycan zənginləri sahibinin erməni olmasına əhəmiyyət vermədən “Franck Muller” saatlarını alırlar və beləliklə də erməni millətçisi olan Vartan Sirmakesin daha da zənginləşməsində iştirakçı olurlar.

Kimdir Vartan Sirmakes?

Vikipediyadan oxuyuruq ki, Vartan Sirmakes İsveçrədə 7 brend markanın 14 istehsal müəssisəsinin sahibidir. Həmçinin “ArmSwissBank”ın prezidentidir.

Sirmakes – İsveçrədəki erməni diasporunun əsas donorudur!

Vartan Ermənistanda da “Franck Muller” kompaniyasının nümayəndəliyini açıb və bu ölkənin iqtisadiyyatına böyük yatırımlar edir. O, həmçinin uzun müddət “Ararat” futbol klubunun sahiblərindən biri olub və Ermənistan futbolunun inkişafına böyük pullar xərcləyib.

Yuxarıdakı nümunədən göründüyü kimi, Sirmakesin Ermənistan iqtisadiyyatına, futboluna yatırdığı, İsveçrədəki erməni diasporasına xərclədiyi pullarda K.Abdullayev kimi azərbaycanlıların da ciddi payı var! Belə azərbaycanlıların sayı isə bir deyil, beş deyil. Bir saat mütəxəssisinin dediyinə inansaq, Bakıda yüzlərlə zəngində “Franck Muller”in ən bahalı saatlarından var. Məsələn, yüksək post tutan bir generalda bu saatların təxminən, 300 min avroluq versiyası var!...

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Perviz 2018-04-07 11:31:47

qardas burda ne qeder ermeni seven var imis.Anasi dayisi ermeni olub ve ya olmayan ermeniye her terefden yardim edenler ......kim istese zeng vursun 050 208 5566.....

Müəllif 2018-04-07 11:31:47

Bes ALCATEL planset ve telefonlari nece? Serj Churik

Abdulla 2018-04-07 11:31:47

ADMİNə: Hörmətli şərhyazan şərhində anlamlı məzmunda və şəffaf şəkildə öz fikrini bildirmişdir. Əgər hesab edirsiz ki, "şərhyazan" narahatdır, bu halda digər şərhləri bir daha nəzərdən keçirin və görərsiniz ki, bu məqalə mahiyyətcə müəmmalıdır.

Gəncəli 2018-04-07 11:31:47

Ötən 2017-ci ildə Azərbaycan-İtaliya ticarəti 12 milyardı keçib! Azərbaycana gətirilən məhsulların əsas tərkibi mənşəyi Ermənistan istehsalıymış? ....

Abdulla 2018-04-07 11:31:47

Yazılan şərhləri tam verməməkdə görünür redaksiyanın problemi var. Hesab edirəm ki, professor Kamal Abdullayev bu məqaləni yazan şəxsi məhkəməyə verməlidir. Hər bir halda,həmin şəxs professor Kamal Abdullayevdən rəsmi şəkildə üzr istəməlidir. ADMİN: Hörmətli şərhyazan, Siz nədən narahatsınız?

Abdulla 2018-04-07 11:31:47

Məqaləni yazan adam anlamalıdır ki, Azərbaycan yaxın keçmişə qədər SSSR-nin tərkibində olub və həmin vaxtlarda bütün xalqlarla döstluq münasibətləri olub, hər hansı bir əşya alanda heç kəs fərqinə varmırdı ki, bunu erməni, özbək yaxud latış hazırlayıb, mən bunu alsam, pullar axacaq kiminsə cibinə. Yaxud, ola bilsin, kimsə hörmətli professora həmin saatı hədiyyə edib. Heç dəxli var?

Sisyan Yadigarları 2018-04-07 11:31:47

Lap tutalım, K.Abdullayev elə bu gün də Azərbaycanda orta azərbaycanlıdan azı iki dəfə yaxşı yaşayan İKİ YÜZ MİNdən çox ermənidən biridir! Nə edək? Bəs, General kimdir? Anti-Azərbaycan terror liderlərindən biri R.Köçəriyan Başneftin ortaqlarından birilidir. Madrid Puçdemonu İnterpolun axtarışına verib, Azərbaycanın siyasi Generalı isə terror lideri R.Köçəriyana bu imkanı verib!?

Aydın 2018-04-07 11:31:47

ERMƏNİLƏR BAKIDA KEFDƏDİRLƏR. ANASI ARVADSI ERMƏNİ OLANLAR BÖYÜK VƏZİFƏLƏRDƏDİRLƏR. DÜŞMƏN QANI DAŞIYANLAR ÖLKƏNİ TALAYIB DAĞIDIRLAR

Nüsrət Məmmədov 2018-04-07 11:31:47

Bu sataşmaq deyil Arif! Boş-boş danışma. bütün dünya bilir ki, Franck müller saat şirkətinin yiyəsi daşnakdır. Mən rusiyada olduğum vaxtlar bir azərbaycanlı erməni konyakına yaxın düşmürdü. Mən pulumu niyə erməniyə verməliyəm ki, o da ona tank alsın. Beynəlmiləlçisən sən Arif....

Arif 2018-04-07 11:31:47

satashmaga bir shey tapmadiniz. Kimse saat alanda saat istehsal eden shirketin rehberi barede maraqlanmalidir. Kash bizde bosh bosh danishmaq evezine olkemiz icin neise ede bileydik. Cox heyif...

AAgahuseyn 2018-04-07 11:31:47

Rasim müə.Arvadı,anası,qardaşı erməni olanlardan yazmırsan saat alanlardan yazırsan.Bəlkədə sən yazdıqın o məlumatları hec onlar bilməyib.Şərikli restaranı hətta yeravanda villaları olanlardan niyə yazmırsan.....Bizimkilər iş tapa bilmlr.....

SUAL 2018-04-07 11:31:47

ANADİR ARZULARA TAR KAMAN QARABAĞ. BU MAHNİNİN MUƏLLİFİ KİMDİR? BİNDAN DANİŞİN EY SAAT ZAT BOŞ ŞEY DƏYİLMİ?O Kİ QALDİ KAMAL DOKTORA ONUN BELƏ BİR FACİƏSİ NƏ TOKURSƏN AŞİNA O DA CİXAR QABAĞİNA. COX XƏSTƏLƏRİ GUNAHSİZ QANUNA BOYADİĞİNİN QAZANCİ DƏYİMİ?

samir Mehemmedli 2018-04-07 11:31:47

Dehwet bu gunde hansi qarabaqdan sohbet gede bilerbira saat satir biri yumurta biri azeri dilne nifret edir.

t.ədalət 2018-04-07 11:31:47

erməniyə doğmalıq edən oliqarxları qoyub saatdan danışmaq gülüncdür.Hazırda Gürcüstan ərazisindən Azərbaycana qoyun sürüləri daşınır.Bazarlarda satılan ermənistan kortofu hamıya məlumdur.Məgər,Azərbaycanda quraşdırılan qaz və işıq sayğaclarının erməniyə aidiyyatı yoxdur?

Rasm Əlyev ə 2018-04-07 11:31:47

Bəsit fikirlərnzi cəmyyətə sıramayın; 1.keyfiyyətli mal olanda onun kim tərəfinndən istehsal olunması maraqlı deyil, 2.saat Ermənstanda erməni tərəfindən istehsal olunmayıb,müller erməni adı deyil. 3.azərbaycanlı xaricdə keyfiyyətli saat istehsal edib Azərbaycanda reklam etsin ki,ondan alsınlar 4.belə şeylərlə adamları ləkələmək lazım deyil

Son yazılar