“Aslan İsmayılovun əsl adı “Allahverdi” imiş” - FOTOFAKT

"Sən demə, o, "Aslan” yox, "Allahverdi” İsmayılov imiş. Yəni, doğulandan sonra valideynləri ona "Aslan” yox, "Allahverdi” adını qoyublarmış”.

Bu barədə Aktual.az saytına tanınmış jurnalist Taleh Şahsuvarlı məlumat verib.

Onun sözlərinə görə, hazırda "Aslan İsmayılov” kimi tanınan şəxs vaxtilə öz adını dəyişib:

"Əlbəttə, hər hansı bir şəxsin öz adını, soyadını, atasının adını dəyişməsi qanuni prosedurdur. Bu cür dəyişiklik etmək qanuni baxımdan sovet zamanı da mümkün idi. Lakin bir insanın öz adını dəyişməsinin həmişə müəyyən sosial-psixoloji səbəbləri olur. Mənim üçün məsələnin məhz bu tərəfi maraqlıdır”.

Sözlərinə davam edən Taleh Şahsuvarlı bildirib ki, bir insanın öz adından narazı olması onda müəyyən pisxoloji təlatümlər yaradır, onun sosiallaşmasına neqativ təsir göstərir:

"İstənilən psixoloqdan soruşun, məsələyə bu cür aydınlıq gətirəcək. Görünür, bu travmaların nəticəsidir ki, Aslan İsmayılov ayrı-ayrı adamların adını, soyadını düz tələffüz etməkdən çəkinir. Ancaq daha maraqlısı odur ki, o özünə "Aslan” adını qoyub. Ancaq bütün bioqrafiyası bu adı doğrulda bilməyib”.

Taleh Şahsuvarlı onu da vurğulayıb ki, Allahverdi İsmayılovun valideynlərinin qoyduğu addan imtina etməsi onun karyera hərisliyi ilə bağlı ola bilər:

"Həmin sənədləri mənə təqdim edən qaynaq bu ehtimalı istisna etmədi. Belə ki, Allahverdi İsmayılov öz adını tornaçı işlədiyi zamanlarda dəyişib. Ali təhsil almağa, hüquq-mühafizə orqanlarında çalışmaq istəyirmiş. O dövrdə dini məzmunlu adlar Kommunist Partiyası tərəfindən bəyənilmirdi. Görün, bu adamın karyera hərisliyi hansı həddə olub ki, valideynlərinin ona qoyduğu, məzmununda "Allah” anlayışını daşıyan isimdən də imtina edib. Karyera, şöhrət, pul naminə adından da imtina edən birindən hər şey gözləmək olar. Necə ki, həmin Allahverdi İsmayılov Sumqayıt hadisələri ilə bağlı məhkəmə prosesində dövlət ittihamçısı olaraq soydaşlarımıza ölüm hökmü tələb etmişdi”.

635x100

Şərhlər

SUAL 2018-04-07 14:42:32

KİM DEYİRSƏ ALLAHVERDİ ADİ SOVET DOVRU UCUN YASAQDİ TAM YALANDİ. BİZİM RAYONDA BU ADDA SOYADDA NECƏ NƏSİLLƏR VAR. NECƏ YƏNİ ALLAHVERDİ ADİ YASAQDİ? HƏR ŞEY QURTARDİ İNDİ BUMU CİXDİ? ASLAN ADİNİ DƏYİŞMƏSİNİ OZUNDƏN BAŞQA BİLƏN VARMİ?

ZAZA DAYI 2018-04-07 14:42:32

Bunu yazan, sözüm senedir,bunula ne demek isteyirsen?! Ne ad deyişmek qebahet degil, ne de tokar işlemek.Günah bilirsen kimdedir? ...Yaxsı olardı problemi özünde axtarasan, Aslan İsmayılovda yox.Onu cemiyyet gözel tanıyır...

G.M 2018-04-07 14:42:32

Az.Politika sizi anlamıram.təsadüfi adamların yazısını çap edirsiz..mənim münasibətimi vermirsiniz.

biri 2018-04-07 14:42:32

Bundan kimə nə? Allahverdi köhnə adlardandı, adamın xoşuna gəlməyib dəyişib. Başınıza söz qəhətdi.

AAgahuseyn 2018-04-07 14:42:32

Yazarin qərəzi tez ğözə carpır.sən bunu yazmaqla kimə nökərcilik edirsən.Sifariş buna deyirlər.

Aslan 2018-04-07 14:42:32

Yaxshi eliyib, ozu biler.

London 2018-04-07 14:42:32

Burda Sok ne var ki

52 2018-04-07 14:42:32

Ay şahsuvarlı bəziləri kimi ayrapetyan Aslan olmayıb ki, Allaverdi Aslan olubda burda nə var ki.....

pensioner 2018-04-07 14:42:32

Müəllifin bu yazısı mənə "Əhməd...fındıq" məsəlini xatırladır.Mən tam əminliklə deyirəm ki,o vaxtlar adın Allahverdi və ya İmamverdi olmasının karyeraya dəxli yox idi.Xahiş edirəm ki,aul dünyagörüş və söhbətlərini mətbuatda təbliğ etməyək.

sual 2018-04-07 14:42:32

Men Asaln Ismaylovu tanimiram Meni tecublendiren bir mesele var bu sexsi senedler yazan jurnalistin eline nece kecib

MUELLIFE 2018-04-07 14:42:32

AGZINIZA SAGLIQ ADIN SOYADIN DEYISEN ERMENILERE GOZUN USTE QASIN VAR DEYEN YOXDU BU YETIMNEN NE ISTEYIRSIZ???

X 2018-04-07 14:42:32

OZUNUZDE YAZIRSIZ SOVET DOVRU UCUN BU AD YASAQ IDI AYIB OLSUN BUNU YAZANA MEN ADA GORE KARYERA QURA BILMIREMSE NEDEN DEYISMEYIM ATAM QOYMUR KIM QOYUR QOYSUN

Mehdi 2018-04-07 14:42:32

Hec gor dexli var?deyisib deyisibde.Taa bilmirler ne tapib yazsinlar.

kluni 2018-04-07 14:42:32

Əhsən Azpolitikaya!! Sifarişi necə veriblərsə Aslandan çeynəməkdən yorulmurlar. Yoxsa .... yetimçəsi Sizlərə tapşırıb ki, hər gün ondan yazın? Adı dəyişib, dəyişməsib ondan sizə nə. p.s. Bu yazını da o birilər kimi verməyə bilərsiniz, versəniz dayday sizin qulağınızı kəsəcək.

Ferid 2018-04-07 14:42:32

he nosun ne varki burda

Müfəttiş 2018-04-07 14:42:32

Bu Talehin sışşikliyi də var imiş, bilməmişik...

Vurağan 2018-04-07 14:42:32

Ancaq daha maraqlısı odur ki, o özünə “Aslan” adını qoyub. Ancaq bütün bioqrafiyası bu adı doğrulda bilməyib”.Bu nədir yazmısan Mənim adımi görürsən də VURAĞAN nə təklif edirsən gəlim səni tapım adımı doğruldum? Bunu demək istəyirsən?

Rüfet 2018-04-07 14:42:32

Görün bu atasının qoydugu adı da beyenmir ........

t.ədalət 2018-04-07 14:42:32

Biz insanların əməllərindən yaza bilərik.Şəxsi həyatı hər kəsin özünə məxsusdur və buraya müdaxilə etmək yasaqdır,həm də əxlaqi dəyərlərə sığmır.Belə bir mövzuya giriş saytlar tərəfindən bağlanmalıdır.

Zaur Qədirli 2018-04-07 14:42:32

Gör bu Taleh Şahsuvarlı nə qədər cılız və fitnəkar "insan"dır ki, Aslan bəy haqqında tutarlı bir şey tapmayıb yazmağa indi də bu məsələni qaldırıb və az qala Aslan bəyin Sovet dövründə zavodunda fəhlə işləyərkən ad dəyişməsini bütün həyat yolunu təqib edən xəyanət kimi qələmə verir.Adamı dindən çıxmış kimi göstərməyə çalışır.Aslan İsmayılovu onu tanıyanların əksər hissəsi sevir, taleh şahsuvarlı.Sən məlum üsulla göyə çıxsan da bu belədir.Allah Aslan bəyi sənin və sənin himayıdarlarının fitnəsindən qorusun!

Müəllif 2018-04-07 14:42:32

Deyishib ozu biler. Anasi, arvadı ermeni olan məmurlar var, niye onlardan yazmirsan bes?

Son yazılar