FƏRHAD ƏLİYEV ZAVOD AÇDI - Sabiq nazirə gəlirli sahə həvalə edildi + FOTO

Həbsdən azad edildikdən sonra bir müddət xaricdə yaşayan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev hakimiyyətin yenidən etimadını qazana bilib. Artıq sabiq nazir ölkənin ən iri müəssisələrindən birini yaradıb. Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələrdən informasiya verilib. Məlumata görə, Fərhad Əliyev  Sumqayıtda sürtkü yağı istehsal edən müəssisə yaradıb. Bunun üçün Sumqayıt Kimya Parkında böyük ərazi də  ayrılıb.

Zavodun qurulmasına böyük məbləğdə vəsait xərcləyən sabiq nazir Alman texnologiyasını müəssisəsində qurdurub.

İllik istehsal gücü 30 min ton, investisiya həcmi isə 10 milyon ABŞ Dolları olan zavod öz məhsullarını “AMINOL” ticarət markalı sürtkü yağları adı ilə bazara çıxarır.

Qeyd edək ki, Fərhad Əliyev 2005-ci il parlament seçkiləri ərəfəsində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunmuşdu. Uzun illər həbs həyatı yaşayan sabiq nazir prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

 

635x100

Şərhlər

Cəlilabadlıya cavab 2018-04-07 15:43:42

ONun bütün mülkləri (qeyri-qanuni ələ keçirdiyi ) öz xoşu ilə bir Holdinqə verildi,tələb olunan digər şərtlər yerinə yetirildi və kulis arxasında razzılıq əldə edildi.Həbsdən azad edildi.Yoxsa Əli İnsanov kimi həbs müddəti uzadıla bilərdi.Ona görə yenidən ortaya çıxa bildi.Afərin,ağıllı adamdır.

Neftçi 2018-04-07 15:43:42

........... Alim və ya reket-bankir xanım on milyonlarla pul əldə də bilirsə, AzPetrol sahiblərinə belə məbləğ nədir ki?

Obyektiv 2018-04-07 15:43:42

Yoldashlar, eslinde Ferhad muellim pis insan deyil o, choxlarindan sade xarakterki birisidi.. Hele o vaxt nazir olanda vetendashlarin erizelerine, xahishlerine de ozu baxirdi, yolda bele, chetinliyini deyene shexsen ozu komek etmeye chalishirdi.. Bunun men ozum shahidi olmusham. Sadece onu bezi serf elemeyen "hegemonlar" yixdi ve bashciya da menfi melumatlar verdiler! indi bezi yoldshlar da demish, onun oz yerimizde (kimlerin desteyi olsa da..) zavod ya muessise acmagi hec de pis hal deyil ki, eksine..

Dr.AGAOGLU 2018-04-07 15:43:42

MANOPOLIYA ƏSASLI İQTİSADİ İDARƏCİLİYƏ ETİRAZ EDƏN VƏ BUNU SERGİDƏ BİRBASA PREZİDENTƏ DEYƏN İLK NAZİR.VƏ BUNA GÖRƏDƏ MANAPOLİSTLƏRİN QƏZƏBİNƏ TUŞ GƏLİB HƏBSƏ ATILAN BU İNSANIN DÖVLƏT ƏHƏMİYYƏTLİ ŞÜARI BÜTÜN OLKƏNİ ƏHATƏ ETMİŞDİ- YERLİ MAL ALAQ,FAYDASI ÖLKƏYƏ QALSIN.İSTƏMƏZDİMKİ "AĞILLANIB" TAPŞIRIÖINA ƏMƏL EDİB, BU ÖLKƏDAXİLİ İSTEHSAL ŞÜARİNDAN İMTİNA ETSİN, LAKİN BU DEQİQDİR Kİ, YAĞ ZAVODU MONOPOLİST YAG İDXALÇILARININ İNANMIRAM Kİ,XOŞUNA GƏLSİN.

Nergiz 2018-04-07 15:43:42

Sadəcə bəzi şəxslər igiddirlər atdan düşüb atlanmağı bacarırlar. Bəziləri isə paxil və əlindən iş gəlməzdirlər digərlərinə yalan və böhtan atmaqla məşquldurlar

Mühəndis 2018-04-07 15:43:42

Hörmətli şərh yazanlar,xahiş edirəm belə halı pis götürməyək. Millətin,Xalqın pulunu bir vaxt sümürənlər,elə yaxşı olarki,o pulları elə öz vətənimizdə,zavod, fabrik, iri sənaye müəssisəsi açsınlar.Heç olmasa xalq iş tapar,bununla da günahlarını,Xalq da Allah da bağışlayar.Xaricdə biznes quran,mülklər alan indiki, keçmiş məmurların hərəkətindənsə Fərhad Əliyev kimi öz vətənində həmin pulları xərcləsələr Allaha da xoş olar,bəndəyə də.Qoyun digərləri ibtət dərsi götürsünlər.Hər gah inanmıram bu hökumətə.

SUAL 2018-04-07 15:43:42

FƏRHAD VƏ RAFİQ ADİ YALAN QARDAŞŞŞ. BU ZAVODU ACAN DA TİKƏN DƏ, SİİİİLİB SUPURURƏNDƏ SABİQ VERGİLƏR NAZİRİNİN MUAVİNİ VƏ FAZİLİN TORBASİNA İP BAĞLAYAN NATİQ ƏMİROVDU. HƏRCƏND BU HİSƏNİ SAYT CİXARACAQ. AMMA MƏRD OLUN QOY CAMAAT BİLSİN NƏ VAR NƏ YOX. ONUN ƏN SKOLSKİ VƏ KECMİŞİ QARANLİQ OLAN KOMERSANTİ BƏXTİYAR ADLİ ŞƏXS BİR VAXTLAR SUMQAYİT BORU PRAKAT ZAVODUNU NATİQİN ƏLİ İLƏ SUMURƏNDƏN SONRA ONU VERGİLƏRƏ XOZU TƏYİN EDİB İNDİDƏ GONDƏRİBLƏR YENİDƏN SUMQAYİTA ZAVOD DİREKTORU. SİZCƏ FƏRHAD BUNA GEDƏR?

Ələkbər 2018-04-07 15:43:42

Həbsxanadan çıxan adamdda o qədər vəsait haradandır ki,zavod açır? Yəqin işlədiyi müddətdə yığdığı rüşvətlərdir,leqallaşdırır.f

Cəlilabadlı 2018-04-07 15:43:42

Nəyin hesabına yenidən etimad qazanıb?Maraqlı deyil? Axı bu iqtidar onu həbs etdirmişdi.İndi necə oldu?

Son yazılar