Modul tipli məktəblərin quraşdırılmasına 2,6 milyon manat ayrılıb - SİYAHI

Azərbaycan prezidenti İlham Əliyev Ağdaş və Bərdə rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Ağdaş və Bərdə rayonlarında cəmi 412 şagird yerlik modul tipli 9 məktəbin quraşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 2 595 000 manatı Təhsil Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Sıra №-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

Ağdaş rayonu Xınaxlı kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

2

Ağdaş rayonu Malay kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

3

Ağdaş rayonu Əmirmahmud kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

260 000

4

Bərdə rayonu İmamqulubəyli kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

5

Ağdaş rayonu Binələr kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

6

Ağdaş rayonu Bulaqotağı kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

260 000

7

Bərdə rayonu Böyük Qəcər kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

8

Bərdə rayonu Nəcəfqulubəyli kənd 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

285 000

9

Bərdə rayonu Təhlə kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

Cəmi

2 595 000

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar