Teleaparıcı Malışeva da «ilişdi» - Sahibsiz küçə itlərinə görə...

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, «Jit zdorova» proqramının tanınmış aparıcısı Yelena Malışeva sahibsiz küçə itlərini güllələmək çağırışı etdiyinə görə, sosial şəbəkə istifadəçilərinin kəskin tənqidi ilə üzləşib. Bu çağırışdan sonra şəbəkə istifadəçiləri onu «faşist» adlandıraraq, cəzalandırılmasını tələb edən petisiyaya start veriblər. Hələlik petisiyaya 11 min nəfər qoşulub.

Məsələnin məğzi bundan ibarətdir ki, Malışeva aparıcısı olduğu proqramın efirindən bəyan edib ki, gəzəyəntə itləri gülləmək lazımdır. Bundan sonra sosial şəbəkədə onu «qeyri-humanist» və «faşist» adlandırıblar.

Petisiyanın müəllifi hesab edir ki, aparıcı heyvanlara yönəlik qəddar münasibətə çağırış edib ki, bu da qüvvədə olan qanunvericiliyə ziddir və cinayət tərkibli fəaliyyətdir.

Petisiyada deyilir ki, teleefir tamaşaçılara belə bir fikir aşılayır ki, guya ölkənin başlıca problemi insanlara rahat yaşamağa imkan verməyən qudurmuş itlərdir...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar