“NAXÇIVAN İSTİQAMƏTİ DAHA TƏHLÜKƏLİDİR” - Daşnakların Naxçıvan qorxusu

Azərbaycan ordusunun Naxçıvanda cəmləşdirilmiş və müasir silahlarla təchiz edilmiş iri birləşməsi Ermənistanda haqlı olaraq ciddi təşviş yaradıb. Virtualaz.org xəbər verir ki, Ermənistan hərbi-siyasi dairələri əvvəllər Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun artan gücü ilə bağlı özlərini görməməzliyə vurmağa çalışırdısa son vaxtlar düşmən ölkədə “Naxçıvandan qaynaqlanan hərbi təhdid” barədə getdikcə açıq danışmağa, narahatlıq ifadə etməyə başlayıblar.

Ermənistanda hakim koalisiyanın ortağı olan Daşnaksütun partiyasının lideri Kiro Manoyan Naxçıvan məsələsində Azərbaycanın Türkiyə ilə birgə hərəkət etdiyini deyib. Onun sözlərinə görə, Qarabağ məsələsində Azərbaycan Türkiyənin birbaşa iştirakının olmadığını göstərir, amma Naxçıvan məsələsində fərqli situasiyadır.

“Naxçıvan məsələsində diqqətli olmaq lazımdır. Türkiyə və Azərbaycan Naxçıvanı hərbiləşdirir və oradan təhlükə yarana bilər. Və bu halda tamam ayrı situasiya meydana çıxacaq”-Kiro Manoyan bildirib.

Daşnak siyasətçinin sözlərinə görə, əgər Azərbaycan Qarabağda hücuma keçsə Rusiyanın buna reaksiya verib-verməyəcəyi hələ sual altındadır. Naxçıvandan hücum zamanı isə həm Rusiya qarışacaq, həm Ermənistan “bütün arsenalını” işə salacaq.

“Ermənistan ərazisinin istənilən hissəsinə yönəlmiş bu cür hərəkətlər belə nəticələr meydana çıxaracaq. Amma Naxçıvan istiqaməti daha təhlükəlidir. Çünki bu təhlükə ağlasığmaz nəticələrə gətirib çıxara bilər”-Manoyan deyib.

Qeyd edək ki, Azərbaycan ordusu üçün son illərdə alınan yeni silah və hərbi texnikanın bir hissəsi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna verilib. Naxçıvandakı hərbi birləşmənin sərəncamında İrəvanı darmadağın etməyə yetəcək qədər silahlar, o cümlədən müxtəlif çaplı reaktiv artilleriya sistemləri, T-90S tankları, BTR-82 zirehli transportyorları və digər zirehli texnika var. Habelə Azərbaycan ordusunun bir neçə qırıcısı Naxçıvanda yerləşdirilib.

Əgər Ermənistan hər addımda lovğalandığı “İsgəndər” raketlərini tətbiq etməyə qərar versə o zaman Azərbaycan ordusu da Naxçıvan istiqamətindən İrəvan da daxil olmaqla bu ölkə ərazisindəki strateji hədəfləri vurmaq üçün legitim haqqa sahib olacaq. Ermənistan Rusiyanın müdafiə çətiri altındadır, lakin Kiro Manoyan və onun ortaqları nəzərə almalıdır ki, bu çətir Ermənistana cəzasız şəkildə hücum həyata keçirmək imkanı yaratmır.

635x100

Şərhlər

G.M 2018-04-08 11:30:48

Cəfəng təbliğatla özünüzü aldatmayın.Ermənistan Azərbaycanda olan nə silahdan,nə də ordudan ehtiyat eləmir.Ermənistanın ərazisini Rus Ordusu qoruyur.Hətta işğal altındakı Qarabağ ərazisinə də əsas nəzarət Rus Ordusuna məxsusdur.

t.ədalət 2018-04-08 11:30:48

Rusiya dəfələrlə bəyan edib ki,müharibə ermənistan sərhədlərinə yaxınlaşarsa hücum edənlərin qarşısına biz çıxacağıq. Rusiya və bizim ordudakı rus casusları nə vaxtdır ki, müharibənin istiqamətini Naxçıvana yönəltmək istəyirlər.Müharibə Naxçıvandan başlasa, ərazilərimizin kütləvi işğalı baş verə bilər.Ola bilsin ki,kürdlərlə ermənilərin Naxçıvanı işğal etmək haqqında gizli sövdələşməsi də var.Naxçıvan məsələsi qabardılmamalıdır.....

Orxan 2018-04-08 11:30:48

Nağılları buraxıb torpağı almaq lazımdır. 25 ildir bu nağıllar qurtarmır

Son yazılar