ABŞ Suriyaya hərbi müdaxiləni istisna etməyib

Tramp Duma şəhərinin mühasirəsinin dayandırılmasını tələb edib

ABŞ Suriyanın Duma şəhərində kimyəvi silah tətbiq olunması barədə informasiya fonunda Suriyaya hərbi müdaxilə ediləcəyini istisna etməyib.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Ağ Evin təhlükəsizlik və terrorizmlə mübarizə üzrə məsləhətçisi Tomas Bossert bildirib.

T. Bossert Dumada kimyəvi silah tətbiqinin dəhşətli hal olduğunu vurğulayıb.

Bu gün ABŞ prezidenti Donald Tramp da bəyanat verib, Suriya ordusundan Duma şəhərinin mühasirəsini dayandırmağı tələb edib.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Suriyanın Şərqi Quta bölgəsində müxalif qüvvələrin nəzarətində olan Duma şəhərində kimyəvi silah tətbiq olunması və 40 nəfərin ölməsi barədə məlumatı diqqət mərkəzində saxladığını açıqlayıb. Rusiya Müdafiə Nazirliyi Duma şəhərində kimyəvi silah tətbiq olunmasına dair xəbəri təkzib edib. Bu gün Rusiya Xarici İşlər Nazirliyi isə dumanlı və saxta bəhanələrlə Suriyaya hərbi müdaxilə tamamilə yolverilməz olduğunu və ağır nəticələrə gətirib çıxara biləcəyini bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar