İSRAİL SURİYA AVİBAZASINI BOMBALADI - İranlı hərbi müşavirlər öldü

Suriyanın Homs əyalətinin Palmir rayonunda yerləşən “Tayfur” (“T-4”) bazasının raket atəşinə tutulması nəticəsində iranlı müşavirlər də daxil olmaqla 14 hərbçi həlak olub.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, ölənlərin 12-si suriyalı hərbçi, ikisi isə İrandan olan hərbi müşvirlərdir.

Suriyanın SANA agentliyinin məlumatına görə, hücum zamanı Suriya Hava Hücumundan Müdafiə Sistemi 8 raketi vurub. Hədəfə çatan raketlərin sayı isə məlum deyil.

Qeyd edək ki, ABŞ rəsmiləri Suriyada hərbi bazaya raket zərbəsi endirmədiklərini bildiriblər. Rusiya Müdafiə Nazirliyi Suriyada hərbi bazaya raket zərbələrinin İsrail tərəfindən endirildiyini açıqlayıb. İsrail Müdafiə Nazirliyi isə hadisəyə şərh verməkdən imtina edib.

635x100

Şərhlər

G.M 2018-04-09 11:57:36

Bədbəxt Suriya..Qərbdən ABŞ,İsrail,Şərqdən Türkiyə,daxildən İran,Rusiya....elə bil ki,Cəngəllikdə yırtıcıların əlinə (caynağına) xam Öküz düşüb..hərə bir tərəfdən sökür.

Son yazılar