RUSİYALI OLİQARXLAR BİR GÜNDƏ 12 MİLYARD İTİRDİLƏR - Dollar sürətlə bahalaşır, şirkətlər iflas edir

Xəbər verdiyimiz kimi, ABŞ-ın ötən həftənin sonunda tətbiq etdiyi sanksiyalar nəticəsində bu gün səhər saatlarından etibarın Rusiya şirkətlərinin fond birjalarındakı səhmləri sürətlə ucuzlaşır. 

Ötən həftə ABŞ hökumətinin prezident Vladimir Putinə yaxın bir qrup oliqarxa, habelə bəzi məmurlara və şirkətlərə qarşı tətbiq etdiyi sərt sanksiyaların təsiri altında Rusiya rublu kəskin dəyər itirməyə başlayıb. Moskva valyuta birjasında dolların və avronun rubla nisbətdə məzənnələri son bir neçə ayın ən zirvə nöqtəsinə çatıb. Hazırda 1 dollar 60,5 rubla, 1 avro isə 74,5 rubla satılır.

“Mash” telegram-kanalıxəbər verir ki, yalnız bu gün Rusiyanın ən varlı 50 oliqarxının varidatı 12 milyard dollar azalıb.

Sanksiyalar fonunda səhmlərin və Rusiya rublunun sonrakı günlərdə də ucuzlaşması istisna edilmir.

 nalitiklər qeyd edirlər ki, bu bahalaşma dolların 80 rublu keçdiyi 2014-cü il və 2016-cı ilin yanvarını xatırladır. Ucuzlaşmanın qarşıdakı günlərdə də davam edəcəyi istisna deyil. Çünki ABŞ Suriya rejiminin şərqi Quta qəsəbəsində kimyəvi silah işlətməsinə cavab olaraq Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyi haqda xəbərdarlıq edib.

Xatırladaq ki, bu gün səhərdən etibarən Moskva birjalarında indekslər 11 faizə qədər aşağı düşüb. Rusiyanın əksər iri sənaye şirkətlərinin, habelə VTB-Bankın və “Sberbank”ın səhmləri kəskin ucuzlaşıb.

ABŞ hökumətinin ötən həftə elan etdiyi sanksiyalardan sonra Rusiyanın aliminium nəhəngi “Rusal” sürətlə batır. Virtualaz.org xəbər verir ki, bu gün hərraclar başlayan kimi şirkətin səhmləri bütün birjalarda kəskin dəyə itirməyə başlayıb.

Moskva Fond Birjasında hərracların ilk saatlarında “Rusal”ın səhmləri 47 faizə qədər dəyər itirib. Öz növbəsində “Rusal”ın sahibi səhmlərinin 48 faizinin, milyarder Oleq Deripaskanın “EN+Group” korporasiyasının səhmləri 23 faizə yaxın dəyərdən düşüb.

Moskva Fond Birjasında eyni zamanda Rusiyanın digər sənaye nəhənglərinin də səhmləri ucuzlaşmağa başlayıb. Habelə birja indeksi 3 faizdən çox aşağı düşüb. “Nornikel”in səhmləri 7.5 faiz, “Qazprom neft”in səhmləri 4.6 faiz, “Sberbank”ın faizi 4.3 faiz, “Qazprom”un özünün səhmləri 4.2 faiz dəyər itirib.

 

Xatırladaq ki, ABŞ ötən həftə bir qrup rusiyalı oliqarxa və dövlət məmurlarına, habelə hüquqi şəxslərə qarşı sərt sanksiyalar tətbiq edib. Bu sanksiyaların təsiri altına düşənlərin ABŞ-dakı aktivləri dondurulacaq, mülklərinə həbs qoyulacaq. ABŞ vətəndaşlarına isə sanksiyaların təsiri altına düşənlərlə hər hansı əməkdaşlıq qurmaq qadağandır. Eləcə də bu fiziki və hüquqi şəxslərlə işgüzar əlaqələr yaradan xarici ölkə vətəndaşları, hüquqi şəxsləri və hökumətləri ABŞ-ın sanksiyalarına məruz qalacaq. Sanskiya tətbiq edilənlərin siyahısında “Rusal” şirkəti və Oleq Deripaskanın özü də yer alır.

Xəbərlərə görə Honkonq fond birjasında “Rusal”ın səhmləri birdən birə 50 faizə qədər dəyər itirib. Hazırda şirkətin bazar dəyəri cəmi 4.47 milyard dollardır. Bu, “Rusal”ın 4.5 milyard dollar dəyər itirməsi deməkdir. Gözlənilir ki, Asiya birjalarının ardınca Avropa və ABŞ birjalarında da “Rusal”ın səhmləri kəskin ucuzlaşacaq.

Səhmlərin kəskin dəyər itirməsindən əvvəl “Rusal” bəyanatla çıxış edərək bildirib ki, ABŞ-ın sanksiyaları onlara neqativ təsir edəcək. “Şirkətin qiymətləndirmələrinə görə OFAC (ABŞ-dakı xarici aktivlər üzərində nəzarət Ofisi) tərəfindən tətbiq edilmiş sanksiyalar qrupun müəyyən kredit öhdəlikləri üzrə texniki defolta gətirib çıxara bilər”-şirkət bildirib.

“Rusal”ın bu bəyanatı Honkonq Fond Birjasında yayılıb və dərhal şirkətin səhmlərinin kəskin dəyər itirməsi prosesi başlayıb. Moskva Fond Birjası “Rusal”ın səhmlərinin kəskin ucuzlaşmasına görə xüsusi hərrac rejiminə keçib. Məqsəd səhmlərin ucuzlaşmasını dayandırmaqdır.

Son məlumatlara görə VTB-Bankın səhmləri də Moskva Fond Birjasında bir neçə saat ərzində 10 faiz dəyər itirib. Bankın rəhbəri Andrey Kostin ABŞ-ın sanksiya siyahısındadır.

635x100

Şərhlər

ƏLİBALA 2018-04-10 09:59:10

RUSSYA DAĞİLSA DÜNYA DÜZƏLƏCƏK.QARABAĞ MƏSƏLƏSİNİDƏ PREZİDENTİMİZ BİR HƏFTƏYƏ HƏLL EDƏCƏK.

Milet 2018-04-10 09:59:10

Mende haqqln sesinnen razlyam uzun ömrlü hakimyetler deyişməlidir

G.M 2018-04-10 09:59:10

`..Ümumiyyətcə,Siyasi-ictimai azadlıqlar, Demokratiya,İqtisadi sabitlik olmayan bütün Ölkələr yaxın gələcəkdə çökəcəklər.

Haqqln.sesi 2018-04-10 09:59:10

Bütün diktatorlar ve uzun öürlü hakimyetler mehf edilmelidirki dünyada azadlk olsun

Yer sakini 2018-04-10 09:59:10

Kreml səfirliklərdəki 140-dan çox söz sahibləri, ABŞ, Avropa qurumlarındakı millətçiləri ilə ABŞı RF qarşı qəti rəqib kimi təqdim edir. Unuduruq ki, ABŞlılar iki əsr öncə qalan dünyadan köçüb geniş biznes məqsədli dövlət yaradıblar. K.Marksın elmi-tədqiqatlarını mümkün dünyaya tətbiq ediblər. Bu reallığı qəbul etməyənlər (Fransanın daşnaq təxribatı ilə) İran kimi ABŞdan uzaqlaşmalıdır. Nüvə küyü salan Ş.Koreya lideri belə ABŞla əlaqəyə, lideri ilə görüşə sevinib.

Realist 2018-04-10 09:59:10

Elə təkcə Gutada törətdikləri cinayətlərə görə Rusiyadakı bu şər rejimi məhv olmalıdır. Betər olsunlar.

Son yazılar