BEYNƏLXALQ BANKIN ŞÖBƏ MÜDİRİ ÖLKƏDƏN QAÇARKƏN TUTULDU - Fotolar

Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının “Yeni Gəncə” şöbəsinin müdiri Cəlil Əlizadə həbs olunub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, ailəsi ilə birgə ölkədən qaçarkən sərhəddə saxlanılıb. Məlumata görə, hadisə ötən gecə baş verib. Belə ki, bankın şöbə müdiri külli miqdarda vəsaiti (1 milyon manatdan artıq) mənimsəyib. Onun, hətta sərhədi keçdiyi, lakin sonradan saxlanılaraq geri qaytarıldığı bildirilir.

C. Əlizadənin, eyni zamanda banka qoyulan depozitləri oğurladığı, müxtəlif şəxslərin adına kreditlər rəsmiləşdirərək ələ keçirdiyi haqda məlumatlar var. Hazırda Beynəlxalq Bankın rəhbərliyi Gəncəyə səfər edib. Məsələ ciddi şəkildə araşdırılır.

Məlumat üçün bildirək ki, ABB-nin Gəncə filialının müdiri iki ay əvvəl öz ərizəsi ilə işdən azad olunub.

 

635x100

Şərhlər

vəkil 2018-04-09 19:34:01

BB-da hamisi tapşiriqla filyal mudurləri olurlar yəni Həsənaganin qohumlari elə ona görədə çalib talayib qacirlar; Filyal mudurləri Rokveller kimi yaşayirlar bahali evlər ciplər harada bahali restoran var orada yeyibiçmək ğözəl qizlarla əylənmək hətda öz icciləri ilə bəs bunlara axi pul lazimdir!!!

BU DƏRHAL AXTALANMALI... 2018-04-09 19:34:01

HEÇ OLMASA CAMATIN HEYFİ ÇIXSIN...

G.M 2018-04-09 19:34:01

Sahibsiz mal tapıblar.Kim necə istəsə çalıb-çapır,talayır.Və aradan çıxır.Hansısa təhlükənin yaxınlaşdığını hiss ediblər..``Siçovullar Gəmini tərk edirlər``

Son yazılar