Rusiyaya getməzdən əvvəl azarkeşlərin iki dəfə düşünməsi daha yaxşı olar - Ağ Ev

ABŞ hökuməti futbol azarkeşlərini 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatına getmək planlarını iki dəfə düşünüb sonra qərar verməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" Ağ evdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bu çağırış Rusiyada amerikalı diplomatların sayının azaldılması ilə izah edilir.

Vaşinqtonda bu səbəbdən ABŞ vətəndaşlarının Rusiyada konsulluq yardımı ilə bağlı problem yaşaya biləcəyi hesab edilir.

Britaniya nəşrinin həmsöhbəti şəxsən özünün Rusiyaya getməzdən əvvəl iki dəfə düşünəcəyini söyləyib.

Eyni zamanda həmsöhbət mundial zamanı Rusiyada böyük şok və fövqəladə hal olacağını gözləmədiyini diqqətə çatdırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar