Urmiya gölü ətrafında duz qasırğası təhlükəsi

İranda güclü mövsümi küləklər qurumaqda olan Urmiya gölünün səthindən duz qasırğası təhlükəsi yaradıb.

Trend-in məlumatına görə, İranın Birinci vitse-prezidenti İshaq Cahangiri ötən gün Urmiya bölgəsinə səfər edib.

Orada o, Urmiya gölü ilə bağlı vəziyyətlə tanış olub.

İ.Cahangiri gölün qurumasının qarşısının alınması üçün İran hökumətinin bütün zəruri addımları atmağa hazır olduğunu bildirib.

Qeyd olunur ki, duz qasırğası gölün 500 kilometr radiusunda yaşayan 76 milyon sakinə təsir edə bilər.

Bir neçə gün əvvəl Təbriz sakinləri şəhərdə qumun həddən artıq çox olduğunu və nəfəs almağın çətinləşdiyini qeyd etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar