"PUL TƏLƏB EDİRLƏR, BU DƏRƏCƏDƏ ALÇAQLIQ OLMAZ..." - Prezident kimləri hədələdi?

“Bəzən hüquq mühafizə orqanlarının işçiləri otellərə gəlib əsassız müdaxilə edirlər... Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır”

“Turizmin inkişafı Azərbaycanda sürətlə gedir. Biz bundan sonra bu sahəyə daha sistemli şəkildə baxmalıyıq və oturub gözləməməliyik ki, kimsə bizə qonaq gələcək. Biz özümüz turistləri cəlb etməliyik”.

"AzPolitika.info"nun məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Dövlət başçısı bildirib ki, bu sahədə də təkmilləşmə işləri aparılacaqdır: “Çünki əfsuslar olsun ki, bu sahədə çox böyük pozuntular olmuşdur. Biz vizaları ləğv etdik. Çünki aeroportlarda gələn turistlərə əziyyət verirdilər, əsassız pul tələb edirdilər. Bu biabırçılığı yığışdırmışıq. Bu biabırçılığı, bu pozuntuları, bu cinayəti törədənlər də cinayət məsuliyyətinə cəlb olunub. Hamı bilsin ki, bu cinayətlər cəzasız qalmayacaq. Ancaq biz elə bir sistem yaratmalıyıq ki, turistləri daha çox cəlb edək. İndi aeroportlarda yeni sistem yaradılır və gələn aydan başlayaraq tətbiq ediləcək. Bizim bütün sərhəd-keçid məntəqələrimizdə qonaqlar üçün maksimum rahat şərait yaradılmalıdır. Çünki bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər. Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin”.

“Bəzən hüquq mühafizə orqanlarının işçiləri otellərə gəlib əsassız müdaxilə edirlər, qonaqları incidirlər, guya ki, onlar burada hansısa normaları gözləyirlər. Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır”, deyə dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib ki, turizm potensialına malik olan hər bir ölkə çalışır ki, turistləri cəlb etsin, onlar üçün şərait yaratsın: Biz son vaxtlara qədər oturub gözləyirdik ki, kimsə gəlib qapımızı döysün. Vətəndaş vizanı almaq üçün bizim səfirliklərə gedirdi, orada da onları incidirdilər, onların qarşısına müxtəlif əsassız tələblər qoyurdular. Bu vizaları ləğv etdik. Ləğv edəndən sonra indi 90-dan çox ölkənin vətəndaşları gəlib vizanı aeroportda alırlar. Xarici həmkarlarımdan biri mənə deyir ki, Siz ləğv etmisiniz, amma indi bizim ölkəmizdən gələn vətəndaşdan fotoşəkil tələb olunur. Mən dəhşətə gəldim. Nə fotoşəkil?! Xaricə gedən bir adam özü ilə fotoşəkilmi aparır?! Nədir-nədir fotoşəklin yoxdur, gəl pulunu ver, keç. Bu dərəcədə biabırçılıq olmaz axı! Biz onları cəzalandırdıq, fotoşəkil məsələsi ortadan qalxdı. Ondan sonra yenə də eşidirəm ki, aeroportlarda xaricdən gələn qonaqlardan növbədənkənar keçmək üçün pul tələb olunur. Bu dərəcədə alçaqlıq, necə deyim, söz tapa bilmirəm, belə biabırçılıq olmaz. Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir başqa sahədə bu pozuntular olarsa və ümumiyyətlə rüşvətxorluqla bağlı əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar”.

 

635x100

Şərhlər

ağsaqqal 2018-04-10 09:40:06

Biz qara cammat nə edək?

Məzahir 2018-04-10 09:40:06

Korrupsiya və rüşşvətin Azərbaycanda çiçəklənməsinə kim rəvac veribsə 50 ildir getdikcə artır və böyüyür.Amma bu sahədə mövcid qanun əsl günahkarlara qaerşı işlədilmir.QAnunun aliliyinə yol verilsə belə yaramazlıqlar tez aradan şıxar.5 mnat alana qanun tətbiq olunur.milyonlar ufdan cəzalanmır.Mİsal istənilən qədər. Bu reallığın aradan qaldırılması vacib olduğundan bunu anlamaq çətin deyil.

Memmed 2018-04-10 09:40:06

Düz deyir cenab prezident.DSX DTX-ya birleşmelidi, rüşvet esiri bitmelidi,bilirler ki,nazirler kabineti istefaya gedir soyğunçuluq qızışıb,baxın yol polisine,bir maşını 150 manata ada keçirirler evvel heç olmasa texniki baxış onun içinde idi indi onu da ayırıblar.Şeherde yeni işareler,işıqforlar soyan soyanındı.Eybi yox dözecik amma memurlar sabah insanlar arasına çıxa bilmeyeceksiniz.Serheddede biabırçılıqdı.Soyğunçuluq gedir

Memmed 2018-04-10 09:40:06

Nesimi rayon 20 saylı poliklinikada şeker xestelerinin dermanı verilmir,baş hekim deyir gedin hara şikayet edirsiz edin.Buna göremi canımızdan keçdik cenab prezident,vuruşmuşam,veteranam indi derdimizi kime deyek,baş hekim ve derman veren şöbenin hekiminin evlerine sürdükleri maşına baxın ve tedbir görün.Niye her yerde verilir bir bu poliklinika vermir,cana doymuşuq.

oxucu 2018-04-10 09:40:06

Olke bashchisi TECILI, Azerbaycanda ANTIKORRUPSIYA, ANTIRUSHVET TEDBIRLERININ PRAKTIKI ICRASINI TEMIN ETMELIDIR !!! Daqliq Qarabaqi ve etrafindaki 7 rayonlari ermeni - rus ishqalindan TEZLIKLE AZAD ETMEK üçün faktiki olaraq BOSH - MENASIZ, NETICESIZ, SOZ - SOHBET, "danishiqlar" IMITASIYASI taktikasindan imtina etmelidir .....

Ələsgər 2018-04-10 09:40:06

Bu prosess 20 ildir davam edir.......

Müfəttiş 2018-04-10 09:40:06

Vəkilin yazdığından belə məlum olur ki 10 milyonun hamısı korrupsiyonerdir, yəni hamı alır və verir.Belə məntiqlə bu millətin dərdinə çarə tapılmayacaq, pis günlərimiz hələ qabaqdadır....

Sezar 2018-04-10 09:40:06

Yəni ölkədə elə bir sahə varmı ki, orada ifrat dərəcədə biabırçılıq olmasın?

Cəmşid İrzaquliyev 2018-04-10 09:40:06

Bütün hallarda bunun bir adı var, o da cəzasızlıq. Bütün hallarda bu biyabırçılığı edənlərin təmsil olunduqları qurumların başında duranlar cəzalandırılmalıdırlar. İllərdir bu olmadığı üçün, bu halllar davam edir. Yenə də deyirəm cəzasılıq. Biz neçə ki, bu problemləri çözməmişik, Azərbaycanda ədalətli bir cəmiyyətin qurulmasına nail ola bilməyəcəyik. Necə ola bilər, prezident aparatına haqqında minlərlə şikayət olunan başcı yerində qalır, Başqa qurumıar da onun kimi. Fikirləşməyə dəyər.

Qaçqın Maştağalı 2018-04-10 09:40:06

Prezident doğru deyib. "Milli bövlət"in onsuz da 24 il iki dəfə kiçik dövlətin hərbi işğalında mülkü hüquqlarından məhrum olması az deyil, hələ bir yan əyyaşları önündə dilənçiliklə alçaldırsınız? Vəkil də doğru deyir: Hərbi əsarətdə qalmış ölkənin restoran və hotellərində əcnəbilər kefdədirlər!? Prezidenlərin dünyəvi şərəfinə toxunmaq özünü məhvdən də günahdır! İnanmırsınız, bütün Qafqazın Şeyxindən soruşun.

Maqa 2018-04-10 09:40:06

Xahiş edirəm, pulu qanunlardan üstün tutanlara bir şans belə verməyin...

Reşidov 2018-04-10 09:40:06

Hörmetli prezidentin bu tengidleri en böyük algışa layigdir. Bu deyilenlere memurlar emel etseler turizmin inkişafı daha da süretlener. Ğelerken vizanın serhed keçidinde alınması çox ğözel oldu. gardaş Türkiye’de çoxdan tetbig olunur ve müsbet netice verir. Yaxşı olardı ki, 3 aylıg geydiyat meselesi de yünğüleşeydi. Eveller poçt vazifesiyle mümkünü idi indi ğerek ondan ötrü migrasiya şöbesine ğedesen. Turist 5 ğünlük ğezmeye ğelib 1 ğünün ğedib sened növbesnde niye itirsin ki?

vəkil 2018-04-10 09:40:06

həqiqətən belə bir prizident yaxşi mənada heç bir ölkədə yoxdur ; sadıcə ğözumuz doymur;hami super həyat yaşamaq istəyir;kimin əlində xirda bir iş varsa ondan istifadə edib xalqi soymaqla məşquldur ki super yaşayim restoranlarda axşsamlar yer tapilmir elə bil insanlarda zireniya itib hami fikirləşir ki səhər açilmayacaq qoy bu gun keyf edim;prizident buna neynəsin o tək xalq 10 milyon??? Allahla diyəndə olmazz.

Vətəndaş 2018-04-10 09:40:06

Ən birinci tədbir gömrük və sərhəd keçidlərini təmizləməkdir.

Fizuli 2018-04-10 09:40:06

Blzim olkenin rehberliyi kecen il boyuk numayende heyyeti ile CIN-e sefer etdi.Devlet seviyyesinde PREZIDENTIN iwtiraki ile CiN-le miqavileler imzalandi ticaret elaqelerini yaxwilawdirmaq haqda.ONDAN Sonra ne sirr oldu ki,karqo bahalawdi Aviyabilet bahalawdi vizada problem emele geldi ve viza 45 dollardan 150-ye,az sonra 350-ye indi de 500 dollar sohbeti gedir.Bunu nece bawa duwek olar devlete qarwi sabotawmi?XIN DTX-a hara baxir?

Hasan 2018-04-10 09:40:06

Cenab prezident çox doğru söyleyir, bu gün de ölkenin bütün nezaret-buraxılış menteqelerinde derebeylik hökm sürür. Bu derebeyliyi yaradan Dövlet Miqrasiya Xidmeti. Dövlet Serhed xidmeti ve Dövlet Gömrük komitesidir. Onların da, başında bu üç qurumun rehberleri şexsen dayanır.

R-n 2018-04-10 09:40:06

........2 min manant kredit almag ucun adamin canini alirlar.Milyardlarla kreditler verilib,hec kim cavabdeh deyil.Indi de hakimiyyetden silmeyi teleb edirler.Tek E.Rustemovun krediti butun gara camaatinkindan coxdur.....Xalgdan gizlin,kim ne isteyir onu da edir.Ele bil ASC-dir,here oz payini goturur.

Son yazılar