Hindistanda avtobus dərəyə aşıb, 26 uşaq ölüb

Bu gün Hindistanın Ximaçal-Pradeş əyalətində ağır yol qəzası nəticəsində 26 uşaq ölüb.

APA-nın məlumatına görə, bu barədə NDTV telekanalı məlumat yayıb.

Şagirdlərin olduğu məktəb avtobusu yoldan çıxaraq 30 metr hündürlükdən dərəyə yuvarlanıb və çevrilib. Qəzanın səbəbi açıqlanmır. Hadisə yerində xilasetmə əməliyyatı hazırda davam edir.

Telekanalın məlumatına görə, avtobusda özəl məktəbin 40 nəfər V və aşağı sinif şagirdləri olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar