Ermənistanın yeni prezidenti də Rusiyaya güvənir

Bu gün vəzifələrinin icrasına başlamış Ermənistanın yeni prezidenti Armen Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu vacib sayır.Virtualaz.org xəbər verir ki, öz müsahibəsində prezident bildirib: “Artıq 25 ildən çoxdur ki, münaqişənin təınzimlənməsi üzrə danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində həmsədr ölkələr - Rusiya, ABŞ və Fransanın təklif etdikləri prinsiplər əsasında aparılır. Rusiya bu məsələdə həlledici rola malikdir”.

Sərkisyan vurğulayb ki, 23 il bundan öncə Qarabağda üçtərəfli atəşkəs məhz Rusiyanın vasitəçiliyi sayəsində əldə olunub: “Aydındır ki, problemin tənzimlənməsi üçün sülhə və anlaşmaya gəlməyə siyasi iradə olmalıdır”.

Prezident qeyd edib ki, son nəticədə bütün regional münaqişələr həllini tapır, bunlar dəf ediləndir: “Tarix bundan daha qəddar və dramatik münaqişələr görüb”.

635x100

Şərhlər

Bəhram Qarabağlı 2018-04-10 00:09:11

Armen Sərkisyan, tarix heç vaxt, silahsız dinc əhaliyə qarşı digər tərəfin hərbi qırıcı(məhv edici) silahlarla vəhşi hücumunun şahidi olmayıb! Ata yurdunun rəsmi İşğalına qarşı olanların məhv edilib qovulmasına qarşı Azərbaycan dövlətinin iddia qaldırmaması hələ də cinayətkarları məhkəmə və dini vicdan qarşısında mühakimə etməyib! Məncə, bu "saflıq mühakiməsi" sabahkı İrəvan dövlətinə də gərəkdir.

Son yazılar