ALIŞANOVUN VÜCUDU İLƏ İDARƏ OLUNAN İTV!? - Fazil Mustafa İTV-ni niyə boykot edir? 

Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa İctimai Televiziyanı boykot edir. "AzPolitika.info"nun məlumatına görə, F.Mustafa bu barədə özünün Feysbuk statusunda bildirib.

Millət vəkili yazır: "Səhər-səhər bir xanım bir az çətin anlaşılacaq səslə zəng edib ki, Fazil bəy, İctimai Televiziyadandır, sizdən gündəmə dair müsahibə götürmək istəyirəm. Cavabım dərhal və kəsə oldu: Xanım, siz bilmirsiniz ki, Alışanovun vücudu ilə idarə olunan heç bir televiziyaya artıq mən dəyərli vaxtımı sərf edib müsahibə vermirəm? Xanım jurnalist gülümsəyərək cavabında dedi: "Bəy, narahat olmayın, biz Gürcüstanın İctimai Televiziyasındanıq, sizin fikirlər maraqlı olduğuna görə oradakı soydaşlarımızla bağlı düşüncələrinizi almaq istədik". Razılıq verdim. Çünki ağılla idarə olunan televiziyalara diqqətsizlik etmək xarakterimdə yoxdur".

Millət vəkilinin ironiyalı bu statusunda bir məqam xüsusilə diqqəti çəkir: "Alışanovun vücudu ilə idarə olunan televiziya..." Burda böyük ehtimalla, AzTV-nin sədri Arif Alışanov nəzərdə tutulur. Sual olunur: İctimai Televiziyanın Arif Alışanova nə aidiyyatı? Axı biz bilən İctimai Televiziya AzTV-nin "filialı" yox, müstəqil bir qurumdur.

Sən demə bu, kağız üzərində və sözdə belədir. Əslində isə, İsmayıl Ömərov İTV-nin rəhbərliyindən uzaqlaşdırılandan və onun yerinə Cəmil Quliyev gətiriləndən sonra İTV-ni də Arif Alışanov idarə edir! Üstəlik də nəinki idarə edir, hətta onun əsas gəlir mənbələrindən birinə də çevrilib... A.Alışanov hətta İTV-nin qapılarını istədiyi şəxslərin - partiya sədrlərinin, millət vəkillərinin, ictimai xadimlərin, müğənnilərin və digərlərinin üzünə bağlaya da bilir! Söhbət o Arif Alışanovdan gedir ki, milyonluq torpaq alverlərinə görə bir sıra adamları tutdurub, hazırda məhkəməsi gedir və bu məhkəmədə ən ağır cinayətlərdə, hətta qətldə ittiham olunur!

Qeyd edək ki, Fazil Mustafanın yuxarıda təqdim etdiyimiz fikirlərini tanınmış telejurnalist, professor Qulu Məhərrəmli də dəstəkləyib.

qulumeh33

"Buna deyirlər onluğa vurmaq!! Fazil bəy ranqda olan bir millət vəkilinin bu mövqeyi prinsipə və acı reallığa əsaslanır. Alışanov vücudu və səviyyəsi ilə idarə olunduğu üçündür ki, bu TV-lərin nə tamaşaçıya, nə xalqa, nə də hakimiyyətə bir qəpiklik xeyri yoxdur. Cəmiyyətə ağılla idarə edilən TV, həmçinin ağlı, peşəkarlığı, əxlaqı və mənəviyyatı olan tv idarəçiləri lazımdır" - Q.Məhərrəmli yazıb.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Milay 2018-04-10 12:13:04

Aliwanov olsun atam .......llah onun cezasin versin ............Hec kimi saymir bu insan .Arxasinda kim dayanib ki bunun goresen.buna ozuvu yigiwdir diyen olar inwallah.Allah boyukdur .

G.M.-ə 2018-04-10 12:13:04

Əqidə və yolunu sonradan nəyinsə xatirinə dəyişənlərin vicdanı deformasiyaya uğramış olur.Bunu yaddan çıxarma!Bu başqa cür ola bilmir. Qaldı ki,kim bilir Alışanovun əsl adı.soyadı necədir.YAP-da belə azmı adam var?

t.ədalət 2018-04-10 12:13:04

Görəsən,niyə hakimiyyət belə bir "qarışıq-bulaşıq" adam haqqında deyilənləri və illərdir bu və ya digər şəxslərlə iyrənc məhkəmə olayları çıxaran Arif Alışanovdan möhkəm-möhkəm yapışıb?Bəlkə,deyildiyi kimi gizli ... təşkilatlarından birinin gizli üzvü olduğuna görə?Hər nəyə görəsə bu məsələyə qulaq tıxayanlar oyanmalıdırlar. Alışanov,artıq əməlləri və hərəkətləri ilə cəmiyyətin də zəhləsini töküb.Əvvəllər cangüdəni məşhur Eldar Sabiroğlunun əmisi oğlu idi..

G.M 2018-04-10 12:13:04

Az.TV şefinin haqqında deyilənlərə YAP-ın sükutla seyri maraqlı olaylardan xəbər verir.Yəni bu adamın hansı bir güvənc yeri var ki,deyilənləri AzTV-sinə də almır.Doğrudanmı əvəzolunmaz,anoloqsuz peşəkardı..yoxsa əli müqəddəs ətəklərdədir.Fazil bəyin partiyalılığıyla işim yoxdur.Ancaq vicdanı deformasiya olmuyan Deputatdır.

Son yazılar